İnsanlara hürriyət, millətlərə istiqlal!

Qüdrət Həsənquliyev: “Polisin əmək haqqı ən azı iki dəfə artırılmalıdır”

1318 23.04.2021 13:01 Ölkə A A

Milli Məclisin plenar iclasında Milli Koordinatorun illik hesabatının müzakirəsi zamanı çıxış edən deputat Qüdrət Həsənquliyev Azərbaycan polisinin pandemiya dövründə fədakarlıq etdiyini bildirdi.

Deputat qeyd etdi ki, belə gərgin fəaliyyətlə məşğul olan polis əməkdaşlarının əmək haqları ən azı iki dəfə artırılmalıdır. “Bir çox nöqsanlar əmək haqqının olduqca aşağı olmasından irəli gəlir”, deyə, deputat əlavə etdi. Q.Həsənquliyev bildirdi ki, qarşıda dövlət büdcəsilə bağlı müzakirələr var və polis əməkdaşlarının maaşının artırılmasına baxıla bilər.

E.Paşasoy,

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR