İnsanlara hürriyət, millətlərə istiqlal!

Qüdrət Həsənquliyev: “Azərbaycan vətəndaşları ölkəyə buraxılmır ...”

779 15.03.2022 13:53 Son xəbər A A

Milli Məclisin plenar iclasında söz alan deputat Qüdrət Həsənquliyev hökumət üzvlərinin də iştirak etdiyi müzakirələrdə vacib bir mövzuya toxundu.

Deputat bildirdi ki, Azərbaycan Respublikası Konstitusiyasının müvafiq maddələrinə əsasən, ölkədə müəyyən hüquqların məhdudlaşdırılması nəzərdə tutulub, bu da fövqəladə hallarda, müharibə vəziyyətində və sair hallarda mümkündür. “Şükürlər olsun ki, Azərbaycanda belə vəziyyət yoxdur. Amma Azərbaycan vətəndaşları ölkəyə buraxılmır. Baxmayaraq ki, konstitusiyada göstərilir ki, Azərbaycan vətəndaşlarının maneəsiz ölkəyə qayıtmaq hüququ var”, Q.Həsənquliyev bildirdi və bununla bağlı müvafiq addımların atılmasını xahiş etdi.

E.Paşasoy,

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR