Qubanın icra başçısı “Atlant”dakl atışmadan danışdı: “Şayiədir”
“Mənim oğlum haqqında yazılanlar şayiədən başqa bir şey deyil”. Bunu Lent.az-a açıqalamasında Quba rayon İcra Hakimiyyətinin başçısı Mübariz Ağayev bildirib. İcra başçısının sözlərinə görə, bütün bunlar onu nüfuzdan salmaq üçün edilir: “Bu gün Qubada quruculuq-abadlıq işləri gedir. Amma bəzi mətbu orqanlar bunları işıqlandırmaq əvəzinə, bu cür obyektivlikdən uzaq şeylər yazırlar”.
Qeyd edək ki, ötən gecə Nabranda atışma olub. Xaçmazdakı mənbələrin Musavat.com-a verdiyi məlumata görə, Quba Rayon İcra Hakimiyyəti başçısı Mübariz Ağayevin oğlu “Atlant” istirahət kompleksində atəş açıb. Məlumata görə, məmur oğlu istirahət mərkəzinə qızlarla gedib. Orada hələlik bəlli olmayan səbəblərdən münaqişə yaranıb. Mübariz Ağayevin oğlu havaya atəş açmağa başlayıb.
Hadisə ilə bağlı Daxili İşlər Nazilriyini 102 xidmətinə də məlumat verilib.
Xatırladaq ki, M.Ağayev nəqliyyat naziri Ziya Məmmədovun klanına daxil olan şəxsdir. Quba isə Məmmədovlar klanının nüfuz dairəsinə daxildir. M.Ağayev Qubanın icra başçısı postuna bu rayonda keçmiş icra başçısı Rauf Həbibova qarşı baş vermiş üsyandan sonra məhz Məmmədovların istəyi ilə təyin olunmuşdu.






