İnsanlara hürriyət, millətlərə istiqlal!

Qubada su kanalına düşən şəxsin meyiti tapılıb - Yenilənib

529 05.04.2019 01:35 Kriminal A A

Quba rayonunun Nügədi kənd sakini, 1979-cu il təvəllüdlü Nemət Qubadov su kanalında boğulub.

ONA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə bu gün axşam saatlarında baş verib.

Onun meyitinin sudan çıxarılması üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Şimal Regional İdarəsinin əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırmalar davam etdirilir.

***

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Quba rayonunun İkinci Nügədi kəndində 1984-cü il təvəllüdlü Qubadov Nemət Şıxverdi oğlunun naməlum şəraitdə su kanalına düşməsi barədə məlumat daxil olub.

Musavat.com FHN-ə istinadən xəbər verir ki, hadisə yerinə nazirliyin Şimal Regional Mərkəzinin xilasediciləri və Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu cəlb olunub. Həyata keçirilən birgə tədbirlər nəticəsində N.Qubadovun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Əməliyyat başa çatıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR