İnsanlara hürriyət, millətlərə istiqlal!

Qubada baş verən avtomobil qəzasında yol polisi rəisinin qardaşı ölüb

2118 17.01.2015 12:10 Son xəbər A A
Bu gün Bakı-Quba Rusiya Federasiyası dövlət sərhədi yolunun 142-ci km-də, magistralın Günəşli kəndi ərazisindən keçən hissəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın şimal bürosunun məlumatına görə, “VAZ-2107” markalı avtomobillə yük maşını toqquşub.
 
Qəza nəticəsində “VAZ-2107”-nin sürücüsü dünyasını dəyişib, bir nəfər müxtəlif xəsarətlərlə Quba Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Yaralı 1957-ci il təvəllüdlü Nəsirov Əliyulla Nəsir oğlu, dünyasını dəyişən şəxs isə Rəhmanov Muradəli Seyfəddin oğludur.
 
Qeyd edək ki, qəzada dünyasını dəyişən şəxs Şəki Şəhər-Rayon Polis İdarəsinin Dövlət Yol Polis Bölməsinin rəisi Nəsrəddin Rəhmanovun qardaşıdır.
 
Faktla bağlı Baş Dövlət Yol Polis İdarəsinin istintaq və təhqiqat bölməsində araşdırmalar davam etdirilir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR