İnsanlara hürriyət, millətlərə istiqlal!

Qubada ağır yol qəzasında ölənlərin sayı 4-ə çatıb- FOTOLAR,VİDEO (YENİLƏNİB)

2374 10.01.2019 20:00 Hadisə A A

 

Quba rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı ölənlərin sayı 4-ə çatıb.

"Report"un yerli bürosu xəbər verir ki, qəzada xəsarət alan, 1979-cu il təvəllüdlü Ramin Seyidəhmədov yerləşdirildiyi Quba Rayon Mərkəzi Xəstəxanasında ölüb.


*** 

 Quba rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı ölən şəxslərin adları məlum olub.

"Report"un yerli bürosu xəbər verir ki, 2 avtomobilin toqquşması nəticəsində baş verən qəzada sürücü, Rustov kənd sakini, 1979-cu il təvəllüdlü Ramin Əlfəddin oğlu Seyidəhmədov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Quba Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir. 

Hadisə zaman 3 nəfər faciəvi şəkildə ölüb.

Ölənlər:

Xaçmaz rayon sakinləri -

Coşqun Kamil oğlu Qasımov,

Zakir Eldəniz oğlu Abasov,

Nahid Teymur oğlu Məmmədov.

*** 

Quba rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisə baş verib. 

"Report"un Şimal bürosunun məlumatına görə, hadisə Quba-Xaçmaz yolunun rayonun Zərdabi qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb. 

Hadisə zamanı 3 nəfər ölüb, 1-i yaralanıb. Yaralı Quba Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. 

Faktla bağlı araşdırmalara başlanılıb. 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR