İnsanlara hürriyət, millətlərə istiqlal!

Qubada 25 santimetr qar yağıb, temperatur mənfi 8 dərəcəyə düşüb - VİDEO

511 22.12.2021 10:45 Ölkə A A

Dekabrın 21-i axşam saatlarından başlayaraq Quba, Qusar və Xızı rayonlarının ərazisinə qar yağıb.

Musavat.com xəbər verir ki, Qubada yerləşən Şimal-Şərq Regional Hidrometeorologiya Mərkəzindən AZERTAC-a verilən məlumata görə, Qubanın Qrız kəndində 25, Xınalıqda 17, Xaltanda isə 13 santimetr hündürlüyündə qar qeydə alınıb.

Qusarın Yasab kəndinə 15, Xızının Altıağac qəsəbəsinə isə 6 santimetr hündürlüyündə qar yağıb. Quba rayon mərkəzində 5 santimetr qar var. Ən aşağı temperatur Qubanın Qrız kəndində qeydə alınıb. Kənddə temperatur mənfi 8 dərəcəyədək enib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR