İnsanlara hürriyət, millətlərə istiqlal!

Qubad İbadoğlu: "Yeni fərman gömrükdə fiziki şəxslərə "yaşıl işıq" yandıracaq"

3336 23.10.2015 11:00 Son xəbər A A
İqtisadçı-alim Qubad İbadoğlu prezident İlham Əliyevin imzaladığı "Gömrük sahəsində nəzarətin həyata keçirilməsi ilə əlaqədar bəzi yoxlamaların sadələşdirilməsi haqqında" fərmanla bağlı fikirlərini sosial şəbəkədəki səhifəsində paylaşıb. İqtisadçı yazır:
"Fərmana görə, Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilən və istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan ümumi gömrük dəyəri 10000 ABŞ dolları ekvivalenti məbləğindən artıq olmayan mallar gömrük ödənişi ödənilmədən gömrük sərhədindən keçiriləcək. Bu fərmana qədər ölkəyə gətirilən ümumi gömrük dəyəri 1500 ABŞ dolları ekvivalenti məbləğindən artıq olmayan mallar gömrük ödənişindən azad idi. Mövcud qaydalar dəyişəndən sonra vətəndaşı müşayiət edən hər bir yetkinlik yaşına çatmamış fiziki şəxsə görə əlavə məbləğ 500 ABŞ dollarından 2000 ABŞ dollarına qədər artırılacaq. Amma onu da nəzərə almaq lazımdır ki, bu qaydalar aksizli mallara, avtonəqliyyat vasitələrinə və səfər zamanı fiziki şəxsin zəruri ehtiyaclarının ödənilməsi üçün nəzərdə tutulan əşyalara şamil olunmur. 


Bu fərmanla gömrüyə bəyan ediləcək məbləğin əvvəlki ilə müqayisədə 6,6 dəfədən çox müəyyənləşdirilməsi sərhəd buraxılış məntəqələrində "yaşıl kanal"dan istifadə edən vətəndaşların sayını və rahatlığını artırmaqla yanaşı həm də indiyə qədər mövcud olan rüşvət sistemini zəiflədəcək. Bu fərman həmçinin fiziki şəxslərin xarici ticarət, xüsusilə də idxal əməliyyatlarında iştirakına stimul verəcək. Hesab edirəm ki, fərman orta və uzunmüddətli dövrdə istehlak bazarında idxal mallarının qiymətlərinin sabitləşməsinə də müsbət təsir göstərəcək. Odur ki, yeni fərmanı təqdir edir və bu istiqamətdə mütərəqqi dəyişikliklərin hüquqi şəxslərlə bağlı gömrük-idxal əməliyyatlarına da şamil olunmasını arzulayıram".

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR