İnsanlara hürriyət, millətlərə istiqlal!

Qubad İbadoğlu devalvasiyaya münasibət bildirdi

6269 21.12.2015 21:27 Ölkə A A
Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının sədri Qubad İbadoğlu özünün "facebook" səhifəsində manatın son devalvasiyası ilə bağlı mövqeyini paylaşıb.

Musavat.com iqtisadçı ekspertin həmin fikirlərini olduğu kimi diqqətinizə çatdırır: 

"Bundan sonra manatın taleyi yalnız Mərkəzi Bankın siyasətindən deyil, həm də milli iqtisadiyyatın durumundan asılı olacaq.

Mərkəzi Bank Azərbaycan iqtisadiyyatı üçün yaranmış ən pis iki ssenaridən nisbətən yaxşısını seçdi. Amma çox təəssüf ki, bir il ərzində qəbul edilən hər iki qərar vaxtında verilmədiyindən daha çox fəsadlar yaratdı. Çünki, Mərkəzi Bank neftin qiymətlərinin sabit və yuxarı olduğu ötən illərdə qəbul etməli qərarların hər ikisini çıxılmaz şəraitdə qəbul etdi. Buna səbəb ölkənin fiskal və nə də pul-kredit siyasəti nəinki uzun heç orta müddətli proqramlar və proqnozlar əsasında müəyyənləşdirilməməsidir. Belə olanda da hökümət tərəfindən qəbul edilən qərarlar gecikdiyindən sonda iqtisadi təsirini itirir, çünki, hökümətdən əvvəl işgüzar biznes və ayıq istehlakçı öz işini görür. Gecikənlər isə həmişə daha çox ziyan çəkir.

Son qərarın hansı təsirləri ola bilər? Fikrimcə, bundan sonra manatın dollara nəzərən məzənnəsinin tarazlaşması müddətə və iqtisadiyyatın durumuna bağlı olacaq. Bu baxımdan hazırkı kursu başlanğıc hesab etmək olar. Odur ki, məzənnəyə toxunmuram, çünki məzənnənin tarazlığı yenə də Mərkəzi Bankın bundan sonrakı addımlarından asılıdır. Əgər Mərkəzi Bank malik olduğu az miqdarda dollar ehtiyatı ilə valyuta bazarına müdaxiləni davam etdirəcəksə, əvvəlki siyasətin yumşaq varinatına "tənzimlənən üzən məzənnə siyasəti"nə gedəcəksə o halda manatın məzənnəsinə az müddətdə olsa da təsir edə biləcək və təbii ki, manatın hazırkı məzənnəsi qıza müddətli dövrdə cüzi uzlaşacaq .Yox əgər "azad üzən məzənnə siyasəti"nə birbaşa keçid edəcəksə o halda manatın indiki məzənnəsi gələcək məzənnəsi ilə müqayisədə şükürlü olacaq.

Konkret təsirlərə gəlincə, o ikili xarakter daşıyacaq, odur ki, əvvəlcə müsbət tərəfindən başlayaq. 

1) Fiskal sektorda yeni şituasiya yaranacaq, növbəti il ərzində neft fondu və neft şirkətləri büdcə qarşısında öhdəliklərini vaxtında və tam şəkildə icra edə biləcək. Bu isə növbəti ilin büdcəsinin yarısının maliyyə təminatı deməkdir. 

2) Mərkəzi Bankın ehtiyatlarının azalma tempi aşağı düşəcək.

3) Mərkəzi Bankın pul-kredit siyasətinin təsirləri əvvəlki ilə müqayisədə yüksələcək. 

4) Dollarla sərbəst yığımı olanlar, manatla öhdəliklərini daha asanlıqla qarşılayacaqlar. 

5) Tədiyə balansı nisbətən tarazlaşacaq, idxala xərclər azalacaq, idxalın yerli istehsalla əvəz olunması stimullaşacaq.

Mənfi təsirlərinə gəlincə:  

1) Qiymətlər, xüsusilə də idxal olunan ərzaq məhsullarının qiyməti bahalaşacaq 

2) Qiymətlərin bahalaşmasından qorxuya düşən əhali marketləri boşaldacaq və bəzi məhsullarınn satışı üzrə müvəqqəti qitlıq yaranacaq.

3) Umumi qiymət səviyyəsinin bahalaşması və gəlirlərin dəyərsizləşməsi müqabilində əhalinin güzəranı daha da pisləşəcək. 

4) Ölkədə işsizlik artacaq, xaricə miqrasiya güclənəcək. 

5) Yoxsulluq çoxalacaq, ailə büdcəsinin əsas hissəsi ərzağa yönələcək, büdcədən insanın inkişafına yönələn xərclərə təhsilə və səhiyyəyə sərmayələr azalacaq.

Hökümət və Mərkəzi Bank nə etməldir?

1) Hökümət manatın dəyərsizləşməsinin təsirlərini neytrallaşdırmaq üçün sosial proqramları genişləndirməldir. 

2) İqtisadiyatda reformalar aparmalı, azad biznesi və rəqabəti dəstəkləməlidir.

3) Biznesin çıxış vəziyyəyini yaxşılaşdırmaq üçün ümumi vergi amnitsiyası elan etməldiir.

Mərkəzi Bank:

1) Keçid dövrü üçün azad deyil, tənzimlənən üzən məzənnə siyasətinə üstünlük verməldiir. 

2) Ölkəyə valyuta daxil olmasını və onun satışını tam liberallaşdırmalıdır.

3) Uçot dərəcəsinə yenidən baxmalı, bankarın kapitalının təmərküzləşməsi istiqamətində siyasətini davam etdirməldir".


Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR