İnsanlara hürriyət, millətlərə istiqlal!

Qubad İbadoğlu bədxahlarına üsyan püskürdü və açıq müzakirə elan etdi

3067 14.11.2016 12:35 Qalmaqal A A

Musavat.com xəbər verir ki,iqtisadçı-alim Qubad İbadoğlu özünə qarşı qərəzli kampaniya aparanları qınayıb. Özünün Facebookdakı sosial şəbəkəsində bu barədə yazı yazan Q. İbadoğlu “şəxsiyyətimə və beynəlxalq arenadakı uğurlu fəaliyyətimə qarşı qərəzinizi boğub içinizdə gömün”, deyə mesaj da verib. Q. İbadoğlunun statusunu təqdim edirik:  

“Siz ey Vətən, millət, dövlət anlayışlarına gizli nifrətini zaman-zaman büruzə verən, əlacsız qalanda son çarə kimi “Çamur at, izi qalsın” prinsipi ilə mövcudluğunu sürdürən prinsipsizlər - yalançı müxaliflər, saxta vətənpərvərlər, iqtidara yarınanlar! Qulaqlarınızı açın və eşidin: Mən təmsil olunduğum istənilən beynəlxalq və yerli platformada əsaslandırılmış müstəqil mövqedən çıxış edirəm, mövqeyim həmişə Azərbaycan dövlətinin və müstəqil vətəndaş cəmiyyətinin maraqlarının müdafiəsi üzərində qurulub. Şəxsiyyətimə və beynəlxalq arenadakı uğurlu fəaliyyətimə qarşı qərəzinizi boğub içinizdə gömün, əvvəlcə MSŞT-nin açılışının nə olduğunu öyrənin, sonra bu platformanın fəaliyyəti barədə fikir bildirin! 

Bilin ki, kirli təfəkkürünüzün məhsulu olan böhtan, hədyan və uydurma ssenarilər məni ali prinsiplərimdən geri döndərə bilməz və bundan sonrakı fəaliyyətimdə də müstəqil vətəndaş cəmiyyətinin maraqlarından çıxış edərək, həm təmsil olunduğum düşərgənin haqlı mövqeyini, həm də Azərbaycan dövlətinin mənafeyini müdafiə edəcəyəm!

Sözümün sonunda üzümü bütün sağlam müzakirə imkanlarına malik insanlara tutur və onları 17 noyabr 2016-cı il tarixində saat 13-14 aralığında Beynəlxalq Mətbuat Mərkəzində keçiriləcək MSŞT ilə bağlı açıq müzakirəyə dəvət edirəm”.

Musavat.com 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR