İnsanlara hürriyət, millətlərə istiqlal!

"Qrupdakı ilk oyunumuz çox önəmlidir" - "Sevilya"nın futbolçusu

391 16.09.2019 15:00 Son xəbər A A

"Alaves" üzərində qələbə bizə motivasiya verdi. Uğurlu çıxışımızı davam etdirmək üçün həftə ərzində məşqlərdə eyni şəkildə hazırlaşmalıyıq."

Qol.az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, bu sözləri Sevilya"nın futbolçusu Oliver Torres La Liqanın 4-cü turunda "Alaves" üzərində 1:0 hesabı ilə qalib gəldikləri matçdan sonra deyib.

25 yaşlı müdafiəçi Avroliqanın qrup mərhələsinin ilk turunda qarşılaşacaqları "Qarabağ"la oyun haqda da danışıb: "La Liqada liderlik bizi bir qədər həyəcanlandırır. İndi Avropa Liqası haqda düşünmək lazımdır. Qrupdakı ilk oyun çox önəmlidir".

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ"-"Sevilya" görüşü sentyabr 19-u saat 20:55-də başlayacaq.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR