İnsanlara hürriyət, millətlərə istiqlal!

Qroznıda ticarət mərkəzi yandı

Çeçenistanın paytaxtı Qroznı şəhərində iri ticarət-əyləncə mərkəzində yanğın baş verib.

Axar.az Rusiya Fövqəladə Hallar İdarəsinin mətbuat xidmətinə istinadən xəbər verir ki, yanğın “Qrand Park” adlı mərkəzin 3-cü mərtəbəsində baş verib.

Yerli vaxtla 22:10-da söndürülən yanğının sahəsi 700 Kv.m təşkil edib.

İlkin araşdırmalara görə, ticarət mərkəzində yanğından mühafizə ilə bağlı təhlükəsizlik qaydalarına riayət edilməyib.

Belə ki, TM-də yeddi qanun pozuntusu qeydə alınıb.

Olayda xəsarət alanların olub-olmaması ilə bağlı məlumat verilmir.

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Oktyabr 2019

BÜTÜN XƏBƏRLƏR