İnsanlara hürriyət, millətlərə istiqlal!

Qriqoryanı xilas edən sovetlər və sülhməramlıların separatçılara Mirzoyan “hədiyyəsi”

1898 14.11.2021 14:06 Yazarlar A A

Azərbaycan hərbçilərinə terror edən Norayr Mirzoyanın Xankəndidəki erməni terrorçularına təhvil verilməsi Rusiya sülhməramlılarının tarixçəsinə qara ləkə kimi düşəcək. Bu, bir nonsesdir! Bölgədə özünü sülhün təminatçısı kimi nümayiş etdirəsən və Azərbaycan postuna qumbara atıb, 3 nəfəri yaralayan qatili Azərbaycan ərazisində özlərini “dövlət” hesab edənlərə, üstəlik, Azərbaycanın hüquq mühafizə orqanları tərəfindən barəsində cinayət işi qaldırılan, İnterıpol xəttilə barəsində axtarış elan olunan canilərə hədiyyə edəsən! Beynəlxalq hüquq çətin ki, bu qərara normal ad qoya bilsin, təbii ki, əgər o hüquq işləyirsə...

Beynəlxalq demişkən, bu yerdə zəruri xatırlatma edək: ötən günlərdə bir yazı yazmışdıq, Qarabağ separatçılarından olan Beqlaryanın ABŞ Konqresində görüşlər keçirməsindən, həmçinin ABŞ dövlətinin 1982-ci ildə Türkiyənin Los-Ancelsdəki konsuluna terrror etdiyi üçün ömürlük həbs cəzası alan qatili azadlığa buraxaraq, Ermənistana yola salmasından bəhs etmişdik. Özünü “demokrak” adlandıran ölkənin bu cür davranışlarının, terrorizmə stimul verən addımlarının bölgəyə yaxşı heç nə vəd etmədiyini, əksinə, erməni revançkistlərinə əl-qol atmaq imkanı yaratdığını xatırlatmışdıq. Çox keçmədi, “nəticə” ortada: Mirzoyan nümunəsi! ABŞ-dan səs-soraq yoxdur, nədənsə, əvvəllər bir erməni qoturun burnu qanayanda dərhal “narahatıq” bəyanatı gələrdi. Hə, bu arada “demokratiyanın beşiyi” gələn ay keçiriləcək demokratiya sammitinə Türkiyə və Azərbaycanı yox, Ermənistanı dəvət etdi. Proses ssenariyə uyğun gedir...

Oxu.az - Şuşadakı terror hücumu Rusiya sülhməramlılarının laqeydliyinin  nəticəsidir

Yuxarıdakı xatırlatmalarımızdan da görünür ki, məsələ təkcə Rusiya sülhməramlıları ilə əlaqəli deyil, erməniçilikdən, erməni faşizmindən Türkə qarşı yararlananlar sanki rəqabətə giriblər. Hər birisi “töhfə” verməyə çalışır, təki “maşa” işlək vəziyyətdə olsun.

Qayıdaq rus sülhməramlılarının məramlarına zidd davranışına...Qəzəbliyik, cəmiyyət olaraq. Rəsmi Bakı da təmkinlə etirazını sərgiləməkdədir, erməni terrorçusuna 4 maddə ilə cinayət işinin açılması həm də o deməkdir ki, Mirzoyan qeyd-şərtsiz, dərhal Azərbaycana təhvil verilməlidir! Hələ ki, Moskvadan reaksiya yoxdur, gözləyirik.

Düzü, o qədər də ümidli deyilik. Nümunələr az deyil. Ötən əsrin əvvəllərində qatil Stepan Şaumyanın güllələnmə cəzasından belə, xilas edilməsi faktını xatırlatmaq ola bilsin çox uzaq keçmiş kimi görünə bilər. Amma fakt faktlığında qalır. “26-lar”ın bəlkə də yeganə diri nümayəndəsi oldu. Bununla kifayətlənmədilər, xalqımızın qatilinin adını əbədiləşdirdilər, heykəllərini qoydular, hətta Xanın kəndinə o mundar adı verdilər. O mundar adı daşıyan şəhərdə doğulmuş bir bic erməninin indi əlinə qumbara alıb əsgərimizə atması təəccüblü deyil əslində. Özü də 10 noyabr 2020-ci ildən sonra hər “qa” dediklərində su, “qu” dediklərində ət gətirən rus sülhməramlıların himayəsi altında...

Qarabağda terror aktının hədəfi: Plan kimin mətbəxində hazırlanıb? -  Rusiya.. / ŞƏRH | Kanal.az - Xəbər kanalı

Başqa bir tarixi fakt: 1988-ci ilin fevralındakı Sumqayıt hadisələrinin əsas təşkilatçılarından biri Edik Qriqoryan idi. Təsəvvür edin, azərbaycanlı Əhməd Əhmədova güllələnmə cəzası verilib, dərhal icra olunduğu halda, Qriqoryana 12 il həbs kəsdilər və Moskvaya aparıb ordan boşladılar. ABŞ erməni terrorçusunun əl-qolunu açdığı kimi...

Sumqayıt hadisələrindən 32 il ötür

İttiham aktında yazılırdı ki, Edik Qafandan yenicə gəldiyini və orada azərbaycanlı qadınların elektrik dirəklərinə mıxlandığını şəxsən gördüyünü deyərək, insanları talanlara təhrik edirmiş. Heç şübhəsiz bu, ASALA küçüyü “KQB”-nin təlimatını yerinə yetirmişdi. Qriqoryan Sumqayıtda ən azı 7 ermənini şəxsən öldürmüşdü, onun zorladığı, xəsarət yetirdiyi ermənilər də məhkəmədə həqiqətləri söyləmişdilər. Bütün bunları etmişdi ki, azərbaycanlılara erməni qırğınına görə ittiham etsinlər.

Sumqayıt hadisələri: Təşkilatçılar kim idi və nə üçün törədildi?

İndi də Mirzoyan səhnədə yer alıb, arxasında himayədarları. Özü də bu terror aktı Ermənistan parlamentinin vitse-spikeri, “Daşnaksütyun” funksionerinin Qarabağa səfərindən sonra baş verib. Bu, rus sülhməramlıların məsuliyyətidir. Daşnak mənim torpağıma niyə buraxılır? Azərbaycan dövlətinin xəbərdarlıqları hərbi kontingentin komandanlığına çatmırmı?

Ermənistanda və Qarabağ erməniləri arasında “qəhrəman” elan olunan Mirzoyanın Bakıya təhvil verilməyəcəyinə şübhəmiz yoxdur. Sülhməramlıların gerçək simasını Azərbaycan məhkəmələrində mühakimə edilən erməni diversantlarının işində gördük. 2020-ci ilin dekabrında Azərbaycana terror törətmək üçün keçən erməni diversantlar etiraf etmişdilər ki, onlar silahlı halda, elə Rusiya sülhməramlılarının gözü qarşısında Hadrut tərəfə gəlmişdilər. Rus sülhməramlılar nəinki bu terrorçuları saxlayıb Bakıya təhvil verməmişdi, hətta onları geri qaytarmağa da lüzum görməmişdi. Ardınca nə baş verdi? Rustam Muradov şəxsi təyyarəsi ilə İrəvan-Bakı reyslərini yerinə yetirməyə, on-on, 15-15 erməniləri alıb apardı. Bu işi sonuncu ermənini alanadək icra etməyə cəhd göstərdi, alınmadı, Azərbaycan dövləti “onlar terrorçudur”, deyib sərt reaksiya verdi və ondan sonra qarşı tərəf cilov gəmirməkdədir. Şübhə yox ki, Mirzoyanı təlimatlandıran həm də həmin “cilovdar”lardır. Bakı və Ankaranın israrından sonra komandanlıqdan uzaqlaşdırılan Rustam Muradov bir neçə gün əvvəl Qarabağda özbaşına “xiyaban” açılışı eləmişdi. Ardınca da bu hadisə...

Hazırda bütün platformalarda təşkil olunan danışıqlarda Ermənistan və onun ağalarının, “bacı”larının əsas istəyi birdir: Bakı erməni “hərbi əsir”ləri azad etsin! Sonuncu dəfə MDB toplantısında eyni iddia səsləndi və Baş nazir Əli Əsədovdan tutarlı cavab aldılar. Amma elə bu cavabdan bir neçə saat sonra növbəti terrorçu Şuşa ətrafında peyda oldu, nümayişkəranə şəkildə. Onu yerindəcə zərərsizləşdirmək yerinə, rus sülhməramlıları bağrına basaraq...Araikə apardılar. Rusiya dövləti ona qarşı terror aktı həyata keçirən hansı canini bu şəkildə, terrorçu silahdaşlarına təhvil verib? Bəlkə “Nord-Ost” terrorçularını öz “ev”lərinə yollamışdı?! Bu, bir nümunə oldu, pis nümunə! Sülhməramlılar Qarabağda daha 4 il qalmaq şansını beləcə itirdilər. Vaxtilə sovet ordusu da belə davranmışdı, qanımız tökülsə də, sonda getməli oldular...Bakı Mirzoyanı tələb edəcək, şübhəmiz yoxdur. Verməsələr, bizim də imtina edəcəyimiz çox şeylər var...

Elşad Paşasoy,
Musavat.com

Elşad PAŞASOY

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR