İnsanlara hürriyət, millətlərə istiqlal!

Qoşulmama Hərəkatının Sədri Fransaya çağırış etdi: “Bu rüsvayçı səhifəni qapadın və üzr istəyin”

804 02.03.2023 22:49 Siyasət A A


Bildiyimiz kimi, bu gün Azərbaycan çox mühüm tədbirə, Qoşulmama Hərəkatının “COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə Görüşü”nə ev sahibliyi etdi.

Tədbirdə Qoşulmama Hərəkatının Sədri hörmətli Prezidentimiz cənab İlham Əliyev sözün əsl mənasında məzlumaların sözünü deməyi, haqlarını qorumağı bacaran əsl dünya lideri kimi çıxış etdi, indiyə kimi deyilməyən bir sıra problemləri çox açıq və cəsarətli şəkildə dünya ictimaiyyətinin diqqətinə çatdırdı.
Cənab Prezident dünyada neokolonializm meylinin artdığından narahat olduğunu və Fransaya çağırış edərək bəşəriyyətin bu rüsvayçı səhifəsinin tamamilə qapatmağa və həmin xalqlardan üzr istəməyə çağırdı: “Qoşulmama Hərəkatının təməl sənədlərində əks olunduğu kimi, biz Fransa hökumətini Yeni Kaledoniya xalqının və Fransanın dənizaşırı icma və ərazilərindəki digər xalqların hüquqlarına hörmət etməyə çağırırıq. Qoşulmama Hərəkatı Qəmər Adaları İttifaqının Fransanın müstəmləkə hakimiyyəti altında qalmaqda davam edən Mayot adası üzərində şəksiz suverenliyini həmişə güclü dəstəkləmişdir. Fransanın Avropadan kənarda idarə etdiyi ərazilər fransız müstəmləkə imperiyasının iyrənc qalıqlarıdır. Biz, həmçinin Fransanı Afrika, Cənub-Şərqi Asiya və digər ərazilərdə Qoşulmama Hərəkatının üzvü olan ölkələrə qarşı müstəmləkə keçmişinə, qanlı müstəmləkə cinayətlərinə, eləcə də soyqırımı aktlarına görə üzr istəməyə və məsuliyyətini etiraf etməyə çağırırıq”.

Bəli, Fransanın keçmişi ilə və törətdiyi cinayətlərlə üzləşmə vaxtıdır. Ancaq təəssüf ki, dünya liderləri arasında bu həqiqəti heç də hamının ifadə etməyə cəsarəti çatmır. Cənab İlham Əliyevin Fransanı sərt tənqid etməsi, bu ölkəni hazırda və keçmişdə törətdiyi cinayətləri etiraf etməyə və həmin xalqlardan üzr istəməyə çağırması çox cəsarətli addımdır və təqdirə layiqdir. Bu bir daha onu göstəriri ki, cənab İlham Əliyev dünya çapında olan siyasətçi və dövlət xadimidir, Qoşulmama Hərakatının sədri kimi qlobal problemlərin üzərinə getməyə və onların həlli ilə bağlı cəsarətli və məntiqi təkliflər verməyə qadirdir. Bu faktın özü əvvəlki yazıda qeyd etdiyim kimi Azərbaycanın dünyadakı yeni rolundan xəbər verir.
Əminəm ki, BMT Təhlükəsizlik Şurasının daimi üzvü statusundan sui-istifadə etməklə özündən zəif ölkələrlə istədiyi kimi davranmaq və onlara iradəsini qəbul etdirmək bundan sonra Fransa üçün o qədər də asan olmayacaq.
 
Azay Quliyev,
Millət vəkili
1667287586_447669.jpg (57 KB)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR