İnsanlara hürriyət, millətlərə istiqlal!

Qonşusunu köynəksiz gəzdiyi üçün bıçaqlayan şəxsə 7 il cəza istənilib

857 16.01.2019 12:47 Kriminal A A

Məhəlləyə köynəksiz çıxmağa görə mübahisə etdiyi qonşusunu bıçaqlayana şəxs hakim qarşısına çıxarılıb.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmaqda təqsirləndirilən Əzizağa Bünyatovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib. Hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.

Prokuror Əzizağa Bünyatovun 7 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Məhkəmə iclası yanvarın 23-də davam etdiriləcək.

Hadisə bu il Binəqədi rayonu Sulutəpə qəsəbəsinə bağlı Çiçək yaşayış massivində baş verib. İttihama görə, 1960-cı il təvəllüdlü Bünyatov Əzizağa Əlimürsəl oğlu mübahisə zəminində qonşusu, 1974-cü il təvəllüdlü Nəsirov Xaliq Cəlil oğluna bir neçə bıçaq xəsarəti yetirib. Yaralı təcili olaraq Kliniki Tibbi Mərkəzə aparılıb, onun həyatını xilas etmək mümkün olub. Hadisəyə səbəb Əzizağanın köynəksiz məhəlləyə çıxması və qonşusu Xaliqin buna etiraz etməsi olub.

Əzizağa Bünyatov Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə ittiham edilir. Elan olunmuş ittiham üzrə Əbülfəz Bünyatov özünü qismən təqsirli bilib. Sərbəst ifadə verən Bünyatov qonşusu Xaliq Nəsirovun onu təhqir etdiyini deyib.

O, söyləyib ki, buna səbəb onun məhəllədə köynəksiz oturması olub: "Öz maşınımla qonşuya getdim. Maşının şüşəsini də yuxarıya qədər qaldırmışdım. Geri qayıdanda Xaliq maşının qabağına keçdi. Maşını saxlatdı və köynəksiz olduğuma irad bildirib, sonra da nalayiq söyüşlər söydü. Mən də maşını sürüb evə getdim və yağ bıçağı götürdüm. Yenidən Xaliqin yanına gəldim və çatan kimi də bıçaqla onu yaraladım".

Əməlinə görə peşman olduğunu deyən Bünyatov hadisədən əvvəl bir halal pivə içdiyini də söyləyib.

İlkin Muradov
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR