İnsanlara hürriyət, millətlərə istiqlal!

Qonşular arasında mülk davası: 63 yaşlı kişi xəstəxanalıq oldu - FOTOLAR

927 25.12.2015 20:40 Hadisə A A
Qonşu qonşunu küt alətlə vuraraq, xəstəxanalıq edib. 

Musavat.com xəbər verir ki, bu hadisə Biləsuvar rayonunun Əsgərabad kəndində baş verib. 

1952-ci il təvəlüdlü Mirzə Əliyev öz qonşusu tərəfindən döyülüb. Küt alətlə zərbə nəticəsində 63 yaşlı kişi ağır xəsarətlər alıb. 

Xəsarət alanın oğlu Ramiz Əliyev bildirib ki, atasını qonşuluqda yaşayan  Zefiyəli Məcidov vurub: “Bir neçə il əvvəl mən qayda-qanunla pulumu verib, qonşuluqdakı evi aldım. Məndən əvvəl isə həmin evi  Zefiyəli Məcidov almaq istəyirdi. İndi atamı və məni o həyətə keçməyə qoymur. 6 ay əvvəl aldığımız evin pəncərələrini qırıb. Mən öz həyətimə keçə bilmirəm”.  

Ramiz Əliyev bildirib ki, atası aldıqları həyətə sonuncu dəfə keçəndə qonşusu onun başına arxadan küt alətlə zərbə endirib: “Atamı xəstəxanaya çatdırdıq. Əlimizdə onun xəsarət alması ilə bağlı həkim kağızı var. Hadisədən sonra atamda psixoloji problemlər yaranıb. Hüquq-mühafizə orqanlarına müraciət etsək də, hələlik hadisə ilə bağlı araşdırma başlanılmayıb.

Hadisə ilə əlaqədar Biləsuvar Rayon Polis Şöbəsindən musavat.com-a bildirilib ki, şikayətçinin ərizəsi şöbəyə daxil olub. Hazırda döyülmə faktı ilə bağlı tədqiqat aparılır.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR