Qondarma DQR-in XİN "başçısı" Yunanıstanda səfərini erməni kilsəsinin və bir sıra erməni təhsil müəssisələrinin ziyarəti ilə başlayıb.
"Artsax" adlandırılan tanınmamış separatçı rejimin "XİN rəhbəri" Karen Mirzoyan "Ay data" komitəsinin 13-15 mart arasında Yunanıstanda təşkil etdiyi "Bizim qəhrəman Artsaxımız" adlı tədbirdə iştirak edir.
Mirzoyan erməni kilsəsində və erməni şagirdlərin təhsil aldığı "Qallakyan" və "Zavaryan" kolleclərində olaraq, uşaqlarla görüşüb.
Bundan başqa,o, Yunanıstanda fəaliyyət göstərən arxiyepiskop Komitas Ohanyanla da görüşüb və Azərbaycanla Ermənistan qoşunlarının təmas xəttindəki vəziyyətdən danışıb.
Bu informasiyanı şərh edən hərbi ekspert Üzeyir Cəfərovun fikrincə, Azərbaycanın Xarici İşlər Nazirliyi Yunanıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Dimitrios Tsounqas təcili sürətdə XİN-ə çağrılmalı və ondan izahat alınmalıdır.
Ü.Cəfərov sosiaıl şəbəkədəki səhifəsində yazıb: " Hesab edirəm ki, onlara ciddi şəkildə xəbərdarlqı edilməlidir. Biz ən xırda detalı belə diqqətdən qaçırmamalı və separatçıların dünyanın istənilən nöqtəsində rahat hərəkət etməsinə mane olmalıyıq. Altdan-altdan öz çirkin işlərini görməklə özlərini "yaxşı oğlan" kimi göstərməyə çalışırlar".
Musavat.com






