İnsanlara hürriyət, millətlərə istiqlal!

Qondarma ''DQR''-də siyasi-hərbi rəqabət münaqişəyə çevrilir

1582 06.06.2016 11:36 Gündəm A A
Xankəndi şəhərində təşəbbüs qrupu general Babayana dəstək mitinqi keçirəcək.

Musavat.com-un erməni mediasına istinadən verdiyi xəbərə görə, qondarma "DQR"-in prezidenti Bako Saakyan general Samvel Babayanın tərəfdarlarını qəbul emtəkdən imtina edib.

Babayanın tərəfdarları bununla bağlı olaraq etiraz aksiyası keçirməyi planlayır.
Xatırladaq ki, dünən Samvel Babayanın tərəfdarları Xankəndində mitinq keçirərək onun qondarma "respublika"nın “müdafiə naziri” təyin edilməsini tələb edirdilər.

Qondarma respublikanın “parlament”ində təmsil olunan “Milli hərəkat” “partiya”sının sədri Ayk Hanumyan da aksiyaya dəstək verdiyini açıqlayıb.

Hanumyan təşəbbüs qrupu üçün Xankəndində ofis icarəyə götürdüklərini də deyib.
Belə görünür ki, qondarma respublikada siyasi-hərbi güclər arasında rəqabət artıq münaqişəyə çevrilib.

Vaqif

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR