İşğalçı Ermənistan döyüş meydanında qalmış meyitlərini təhvil aldıqca itkilərini etiraf edir. Məlum olub ki, Azərbaycanın qəhrəman ordusu tərəfindən məhv edilənlər arasında Ermənistanın Armavir vilayətinin Sardarapad kəndinin sakini David Qriqoryanın da adı var.
Bu, həmin Qriqoryandır ki, 4 oktyabrda qondarma “artsax qəhrəmanı” adını almışdı.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, terrorçunun ölümü ilə bağlı Sardarabad icmasının rəhbəri Babken Vardanyan bildirib. Məlum olub ki, Qriqoryan 3 noyabr gecəsi ölüb, ancaq onun meyiti bu gün tapılıb. “Bizim David, bizim sardarabadlı qəhrəman, sən qalib gəldin, biz uduzduq”, kənd icması yana-yana terrorçu haqqında belə yazıb.
Musavat.com






