İnsanlara hürriyət, millətlərə istiqlal!

Qohumlar arasında kütləvi dava - Xəsarət alan şəxsin vəziyyəti ağırdır FOTO VİDEO

1887 26.06.2020 20:07 Kriminal A A

Cəlilabadda yol üstündə qonşular arasında dava olub. Davada iştirak edən tərəflər həm də qohumdur.

Musavat.com xəbər verir ki, kütləvi dava zamanı xəsarət alan şəxslərdən birinin vəziyyəti ağırdır.

Alar kəndində baş verən davada Zaur Quliyev qonşuları və qohumları tərəfindən küt alətlərə döyülüb. Hazırda xəstəxanaya yerləşdirilən Z.Quliyevin huşu özündə deyil, bədənini isə qıc olduğu üçün hərəkət etdirə bilmir.

Z.Quliyevin oğlu Zahid Quliyev Musavat.com-a bildirib ki, atası başından və bədənindən ağır zərbələr alıb. Nəticədə huşunu itirib və hazırda həkimlər vəziyyətinin ağır olduğunu deyirlər.

Zahid Quliyev deyir ki, qonşuları ilə aralarında baş verən mübahisənin səbəbi yoldur. Belə ki, Quliyevlər evlərinin qarşısındakı yoldan texnikanın keçməsini istəməyib. Onlar yolu bağlamaq istəyərkən qonşuları ilə mübahisə ediblər. Nəticədə dava baş verib.

Hadisə ilə bağlı Cəlilabad Rayon Polis Şöbəsində araşdırma aparılır.

Döyülən şəxsin ailə üzvləri dindirilib. Davada iştirak edən daha 5 nəfər polis şöbəsinə çağırılaraq ifadələri alınıb.

İlkin Muradov
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR