İnsanlara hürriyət, millətlərə istiqlal!

Qoçaq Əsgərov Nyu-Yorkda festivala qatıldı, 1 saatlıq konsert verdi

697 24.08.2020 15:18 Mədəniyyət A A

Tanınmış xanəndə, Əməkdar artist Qoçaq Əsgərov avqustun 22-23-də Nyu-Yorkda keçirilən “Totem Heart and Mind” festivalında iştirak edib.

Musavat.com-un əldə etdiyi məlumata görə, nəzərdə tutulan tarixdə xanəndə 1 saatlıq online konsert proqramı ilə çıxış edib. O, "Şüştər", "Şur" muğam kompozisiyaları, "Sarı gəlin", "Küçələrə su səpmişəm" xalq mahnıları səsləndirib. Xanəndəni tarda İbrahim Babayev, kamançada Elnur Mikayılov, nağarada Əməkdar artist Kamran Kərimov, bəm nağarada Yusif Əzizov, pianoda Vasif Hüseynzadə, balabanda Rəfael Əsgərov müşayiət ediblər.

Qeyd edək ki, online konsertin biletləri artıq satılıb və azərbaycanlı xanəndəyə yüksək qonorar təqdim edilib. Konserti 10 mindən çox insan izləyib və onlara canlı konsert haqqında şərh yaza bilmək imkanı verilib.

Ayrıca konsertin aparıcısı Qoçaq Əsgərovu təqdim edərkən, onun qarabağlı olduğunu, Qarabağın isə hazırda Ermənistan tərəfindən işğal edildiyini vurğulayıb.

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR