İnsanlara hürriyət, millətlərə istiqlal!

Qobustan həbsxanasına narkotik keçirilməsinin qarşısı alınıb

551 13.12.2013 15:52 Kriminal A A
Penitensiar xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Qobustan həbsxanasında saxlanılan 1975-ci il təvəllüdlü, Cinayət Məcəlləsinin 120.2.4 və 120.2.9 maddələri ilə təqsirli bilinərək 15 il müddətinə həbs olunmuş, məhkum Nazim Qafur oğlu Feyzullayevin yanına görüşə gəlmiş qohumu Roman Musayeviç Hüseynovun üzərinə və gətirdiyi sovqata baxış keçirilib. Bu zaman toyuq budunun içərisində yerləşdirilərək gizlədilmiş ümumi çəkisi 0,258 qram olan narkotik vasitə  - heroin aşkar edilərək götürülüb.
 
2 saylı İstintaq təcridxanasının əməliyyat aparatları tərəfindən də müəssisədə qadağan edilmiş əşyaların aşkar olunması istiqamətində tədbirlər davam etdirilir. Belə ki, həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 2 saylı İstintaq təcridxanasında saxlanılan 1987-ci il təvəllüdlü, Cinayət Məcəlləsinin 221.1; 221.2 və 228.4 maddələri ilə təqsirli bilinərək həbs edilmiş şəxs Şöhrət Qüdrət oğlu Bağırovun kamerasına və üzərinə baxış keçirilərkən əynindəki şalvarın sağ cibindən 1 ədəd “Nokia” markalı mobil telefon aparatı aşkar edilərək götürülüb.

Fakt üzrə araşdırma aparılır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR