QMİ ŞEYXİN ERMƏNİSTANA SƏFƏR MƏSƏLƏSİNƏ AYDINLIQ GƏTİRDİ
Onun Ermənistanda keçiriləcək MDB ölkələri Dinlərarası Şuranın iclasında iştirak edəcəyi gözlənilir. Məlumata görə, səfər zamanı Azərbaycan və Ermənistan dini liderlərinin görüşü də istisna olunmur.
Şeyxülislamın bu toplantıda iştirak etmək istəyi cəmiyyətdə birmənalı qarşılanmır. Onu da deyək ki, ötən il din xadimlərinin sammitində iştirak etmək üçün erməni katalikosu II Qaregin Bakıya gəlmişdi. Hətta onun Şəhidlər Xiyabanını ziyarət etdiyi barədə də məlumatlar yayılmışdı. Təbii ki, buna qarşı da çıxanlar olmuşdu.
Elə Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı da Şeyxülislamın Ermənistana getməyinə qarşı çıxdığını bildirib: “QMİ sədrinə bir daha xəbərdarlıq edirik ki, Ermənistana getməsin. Əks təqdirdə, xoşagəlməz hadisələrlə üzləşəcək. Öz şeyximizi təhqir etmək niyyətində deyilik. Belə fikrimiz də yoxdur. Amma onun düşməm ölkəyə getməsinə də göz yuma bilmərik”.
QMİ-nin mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, Şeyxülislamın bu şuranın iclasında iştirakı ehtimal üzərində qurulub: “Təbii ki, bu informasiyanın cəmiyyətdə birmənalı qarşılanmaması normaldır. Hər kəsin öz fikrini bildirmək hüququ var. Ancaq bu informasiyanı Eçmiədzin kilsəsinin mətbuat dəftərxanası yayıb. Bu iclas istənilən MDB ölkələrinin paytaxtında keçirilə bilər. Belə iclaslar hər zaman olur. Şeyxin Ermənistanda keçiriləcək tədbirə qatılıb-qatılmayacağı hələ ki sual altındadır. Bu məsələnin bu formada gündəmə gəlməsi doğru deyil. Hər şey MDB qurumunun iradəsindən asılıdır. Biz tərəfdən bu iclasda iştirakla bağlı heç bir vəd verilməyib”.