İnsanlara hürriyət, millətlərə istiqlal!

QMİ: Həccdən ilk olaraq VİP xidmətlərdən istifadə edən zəvvarlar qayıdacaq

591 19.09.2015 17:40 Ölkə A A

QMİ-dən APA-ya verilən məlumata görə, sentyabrın 29-u zəvvarların geri qayıdışına start da VİP zəvvarların ayrıca reysi ilə başlayacaq.
 
Daha sonra nisbətən ucuz Həcc səfərini seçən zəvvarları daşıyacaq təyyarələr uçacaq. Sentyabrın 11-də zəvvarların Həccə səfəri başlayan zaman ilk uçuş da VİP zəvvarlara aid olub.
 
QMİ-dən onu da bildiriblər ki, artıq Həccdə azərbaycanlı zəvvarlar Ümrə əməllərini bitirblər və sentyabrın 22-dən etibarən Ərəfat dağına qalxmağa başlayacaqlar.
 
Zəvvarlar ziyarət zamanı heç bir problemlə üzləşməyib.
 
Qeyd edək ki, azərbaycanlı zəvvarların Həcc səfərləri sentyabrın 11-dən başlayıb və 15-də başa çatıb.
 
Bu il Azərbaycana 2400 zəvvar yeri ayrılıb və bütün yerlər dolub.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR