Qlükoza elmi yolla ilk dəfə 1802-ci ildə ingiltərəli alim Vilyam Praut tərəfindən kəşf edilib. Bu maddənin başqa adı üzüm şəkəridir. Qlükoza bütün orqanizm üçün faydalı olmaqla yanaşı, sinir sistemi üçün çox vacibdir.
Sözügedən maddə fiziki, emosional yüklənmələrdə və stres vəziyyətlərində orqanizmin reaksiyasını sürətləndirir.
Beyin hüceyrələri və qanda olan eritrositlər, əsasən, qlükoza ilə qidalanır. Hesablama, analitika və zehni işlə məşğul olanlar daha çox qlükoza istehlak etməlidirlər, cünki onların işi bol enerji tələb edir.
Qlükoza, həmçinin idmanla məşğul olanlar üçün faydalıdır.
Çünki o, birbaşa əzələləri qidalandırır. Qanda qlükozanın miqdarı aşağı düşdükdə orqanizm əziyyət çəkir.
Ağciyərlər üçün oksigen nə qədər vacibdirsə, qlükoza da insan orqanizmi üçün o qədər əhəmiyyətlidir. Qanda qlükozanin aşağı səviyyəsi bədəni zəiflədir: bu zaman beyinin qidalanması pisləşir və halsızlıq yaranır. Ona görə də, qlükoza istehlakını normada saxlamaq lazımdır.
(oxu.az)






