İnsanlara hürriyət, millətlərə istiqlal!

“Qızqaçırtma”nın təqdimatı olacaq – VİDEO

7824 05.12.2017 19:15 Şou-biznes A A

Rejissor Rüfət Şahbazovun ekran həyatı verdiyi  “Qız qaçırtma” filminin təqdimat mərasimi olacaq.

Musavat.com xəbər verir ki, aktyorlar Fərda Amin, Elşən Hacıbabayev və Kənan Yusifin baş rolu canlandırdığı film dekabrın 21-də nümayiş olunacaq. Filmin rejissoru ekran işi haqda təəssüratlarını bölüşüb: “Qız qaçırtma” mənim ilk filmimdir. Filmi komediya janrında çəkmişik. Ekran işinin ssenarisi Fariz Əliyev, Kənan Yusif və Süleyman Süleymanzadə yazıb. Aktyorlar Fərda Amin, Elşən Hacıbabayev və Kənan Yusifin baş rolda olduğu filmdə xalq artisti Hacı İsmayılov, müğənnilər Sevinc-Sevil bacıları, Damla, Taleh Yüzbəyov və Əlibəy Məmmədli çəkilib. Film əsasən dinamik səhnələrdən ibarətdir. Komediya olsa da, əsas gücü güldürməkdən çox, filmin drammatik xəttinə vermişik. Ssenari düzgün qurulmuş köklü strukturlu ssenari idi. Hər hadisə xəttə qulluq edir və bağlanış nöqtəsi var. Məqsədimiz təkcə insanları güldürmək yox, həm də həyəcanlandırıb, duyğulandırmaqdır”.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR