İnsanlara hürriyət, millətlərə istiqlal!

Qızına görə həbs edilən ana azadlığa buraxıldı - ağır ittihamlarla həbs edilmişdi

979 06.06.2020 15:44 Kriminal A A

Qızı İrandan narkotik gətirən qadın işbirliyində ittiham edilərək həbs edilmişdi. Məhkəmə onun azadlığa buraxılması barədə qərar çıxarıb.

Musavat.com xəbər verir ki, İlhamə Səlimova bir neçə ay əvvəl külli miqdarda narkotik vasitə əldə etmə və satma, qaçaqmalçılıq ittihamları ilə həbs edilib. Cinayət işi üzrə istintaq Abşreron Polis İdarəsinin istintaq Şöbəsində aparılıb. Müstəntiq Ayaz Kazımovun təqdimatı ilə Abşeron Rayon Məhkəməsinin qərarı ilə İlhamə Səlimova barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılıb.

İlhamə Səlimovanın vəkili Ramil Məmmədzadə bu qərardan şikayət verib. Sumqayıt Apellyasiya Məhkəməsinə müraicət edən vəkil müdafiə etdiyi şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin ləğv edilməsini istəyib.

Hakim Nazim Mövsümovun sədrliyi ilə keçirilən məhkəmə iclasında vəkil deyib ki, müdafiə etdiyi şəxsin bu cinayətdə heç bir iştirakçılığı yoxdur.

“İlhamə Səlimova qızı Ləmanla birlikdə İrana müalicəyə gedib. İrandan qayıdan zaman Ləman onun xəbəri olmadan tanımadığı şəxsdən narkotik vasitə alıb. Bunun qarşılığında Ləmana İranda 100 manat verilib. 400 manat da Bakıda veriləcəkmiş. Ləman gizlicə narkotiki Azərbyacana keçirib və Bakıda Qabil adlı şəxsə verib. Sonra Ləman Lənkərana gedib. Həmin ərəfədə Qabil həbs edilib və narkotiki Ləmandan aldığını deyib. Polis əməkdaşları əməliyyat quraraq Qabildən Ləmana zəng etməsini və 400 manatı vermək üçün görüş təklif etməsini istəyiblər. Ləman Lənkəranda olduğundan anasına zəng edərək Qabillə görüşməsini istəyib. Ana da qızının istəyi ilə Qabillə binanın qarşısında görüşən zaman saxlanılıb. İstintaq zamanı İlhamə Səlimovanın bu cinayətdə iştirakçılığını, məlumatlı olmasını sübut edən heç bir fakt yoxdur. Ləman bu işi anasından xəbərsiz etdiyini deyib. Qabil isə İlhamə Səlimovanı tanımadığını söyləyib”- deyə vəkil bildirib.

Məhkəmə İlhamə Səlimova barəsində seçilmiş həbs qətimkan müddətinin uzadılması ilə bağlı qərarı ləğv edib. Səlimova məhkəmə zalından azadlığa buraxılıb. Belə olan halda İlhamə Səlimova barəsində istintaq orqanı tərfindən başqa yerə getməmək barədə iltizam tədbiri seçilə bilər.

Xatırladaq ki, bu cinayət işi üzrə ilk olaraq Qabil Əliyev Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Gürcüstan vətəndaşı, Bakı şəhərində müvəqqəti yaşayan Qabil Əliyevdən 1 kiloqram 840 qram narkotik vasitə heroin və 1 kiloqram 5 qram qurudulmuş marixuana aşkar edilərək götürülüb.

İlkin Muradov
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR