İnsanlara hürriyət, millətlərə istiqlal!

Qızılcadan vəfat edən 14 yaşlı Nurayın yaxınları danışdı: "Uşaq dedi ki, ana, ölürəm..."- FOTO  

1374 15.02.2024 17:50 Ölkə A A

Bakıda qızılcadan vəfat edən 8-ci sinif şagirdi Nuray İbrahimovanın peyvənd olunmadığı məlum olub.

Bu barədə Musavat.com-a Nurayın yaxınları məlumat veriblər.

Bildirilir ki, ailədə Nuraydan başqa böyük bacısı və  qardaşı da qızılcaya yoluxublar, hazırda qardaşının vəziyyəti ağırdır:

"Nurayın babası rəhmətə getdiyinə görə ailə Ağdaşa getməli olub.  Ata-anasının başı yas mərasiminə qarışdığına görə, vəziyyəti ağırlaşıb. Uşaq dayanmadan qusub, qızdırma yüksək olub. Nuray özü dilə gəlib  deyib ki, ana, çox pisəm, ölürəm. Amma ona əhəmiyyət verməyiblər. Yalnız uşağın qulağından qan gələndən sonra Bakıya modul tipli xəstəxanaya çatdırıblar. Nuray bir gün sonra xəstəxanada komaya düşüb. Axşam saat 8-də isə aparatdan ayırıblar".

Yaxınları onu da bildirir ki, uşaqlar heç biri peyvənd olunmayıblar.

Nuray İbrahimova Ağdaşda dəfn edilib. 

Qeyd edək ki, Nuray İbrahimova Bakı şəhəri Səbail rayonu 51 saylı orta məktəbin 8-ci sinif şagirdi idi.

Afaq Mirayiq,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR