İnsanlara hürriyət, millətlərə istiqlal!

Qızılağac Dövlət Təbiət Qoruğunda yanğının qarşısı alınıb - YENİLƏNİB

729 06.07.2020 21:32 Hadisə A A

Lənkəran rayonunda Qızılağac Dövlət Təbiət Qoruğunda  baş verən yanğının qarşısı alınıb və məhdudlaşdırılıb.

APA-nın məlumatına görə, yanğının genişmiqyaslı olmasına baxmayaraq, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti və Cənub Regional Mərkəzinin müvafiq qurumları, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və kənd əhalisinin köməkliyi ilə qısa zamanda yanğın məhdudlaşdırılmasına nail olublar.

****

Lənkəran rayonu, Balıqçılar qəsəbəsindəki taxıl zəmisində başlayan və külək nəticəsində Qızılağac milli parkının ərazisinə keçən yanğın davam edir.

Yanğının söndürülməsinə ETSN-nin yerli qurumlarının və FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin 60-dan artıq  əməkdaşı, 4 yanğınsöndürıən maşın, əlavə texnika və yerli sakinlər cəlb edilib.

Yanğının ətraf ərazilərə yayılmaması və söndürülməsi istiqamətində mümkün olan bütün vasitələrdən istifadə olunur, o cümlədən cəlb olunmuş əlavə texnikanın köməyilə küləyin istiqaməti üzrə ətraf sahələrin şumlanması həyata keçirilir.

İlkin hesablamalara görə, yanğın təxminən 7 hektar ərazini əhatə edir, əsasən kol-kos və quru ot örtüyü, qamışlıq sahə yanır.

ETSN yanğının söndürülməsində yaxından iştirak edən hər kəsə
təşəkkürünü bildirir və xüsusilə vurğulayır ki, bu dəfə olduğu kimi, yanğın hadisələrinin əksəriyyəti vətəndaşların ehtiyatsızlığı və etinasızlığı səbəbindən baş verir.

Ona görə də nazirlik bir daha əhalini təbiətdə olarkən odla ehtiyatlı olmağa,  biçin zamanı yanğın təhlükəsizliyi normalarına riayət etməyə, biçilmış sahələrə od vurmamağa,  söndürülməmiş siqaret kötüklərini ətrafa atmamağa çağırır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR