İnsanlara hürriyət, millətlərə istiqlal!

Qızı universitetə girdi, ona 12 qulluqçu axtarır

1711 14.09.2018 01:31 Dünya A A

Hindistandan olan bir milyarderin qızı universitetə qəbul olduğu üçün atası onun həyatını yüngülləşdirmək məqsədi ilə 12 qulluqçu yığır. “The Sun” qəzetinin yazdığına görə, adı açıqlanmayan qız Şotlandiyadakı Sent Endryu Universitetinə qəbul olub. Atası yataqxanada əziyyət çəkməməsi üçün ona xüsusi villa satın alıb. Qızın ailəsi şef-aşbaz, qulluqçu, sürücü və sair vəzifələrinə 12 nəfər işçi axtarır. Gələcək qulluqçular tələbənin hər cür rahatlığının təmin edilməsinə cavabdehdilər. Onlar evin təmizliyindən tutmuş, ərzaq alınmasına, qarderobun nəzarətinə qədər bir çox məsələləri həll etməlidilər. Personal yığılması barədə elan “Silver Svan” agentliyi tərəfindən yayılıb. Orada qeyd olunub ki, qulluqçuların illik maaşları 30 min funt olacaq. Agentliyin təmsilçiləri olayla bağlı hər hansı şərh verməkdən imtina ediblər.

22 apreldə milyoner ailəsində böyüyən tələbə Sepi Samai efirdə açıqlamışdı ki, sıravi insanların həyatından şok keçirib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR