Qızı üçün 100 min funt-sterlinq xərclədi, tənqid olundu
Hind əsilli boksçu Amir Xan qızı üçün 100 min funt-sterlinq xərcləyib.
Musavat.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, Xan və həyat yoldaşı Faryal Makdum qızları Lamaisahın ikinci doğum günü üçün 100 min funt-sterlinq sərf edib.
Cütlüyün təmtəraqlı doğum günü partisi etməsi birmənalı qarşılanmayıb.
Kiçik qızı üçün böyük məbləğdə pul xərclədiyinə görə tənqid olunan Amir Xan iradlara belə cavab verib: “Bəli, arvadım çox pul xərcləyib. Amma qızım onun üçün xərclənən bu pulun hər qəpiyinə dəyər. Nəticədə mən onun üçün çalışıram”.
Könül İbrahim,
Musavat.com






