İnsanlara hürriyət, millətlərə istiqlal!

Qız üstündə öldürülən Vüsal Şilderin qanını batırırlar

8146 08.09.2014 08:34 Ölkə A A

Bu məqsədlə bir müddət V.Şilderi izləməyə başlayıblar. Elman İsgəndərov 2 may, 2013-cü ildə günorta saatlarında Bakı şəhəri, Ə.Rəcəbli küçəsi, 3 B saylı evin qarşısında V.Şilderə yaxınlaşaraq ona boyun və ürək nahiyəsindən zərbələr endirib. V.Şilder aldığı xəsarətlər nəticəsində dünyasını dəyişib.

2 gün sonra E.İsgəndərov şübhəli şəxs qismində tutulub və ona Cinayət Məcəlləsinin 120.2.1 və 120.2.5-ci maddələri ilə ittiham irəli sürülüb, barəsində həbs qətimkan tədbiri seçilib. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Seymur Talıbov hadisədən 2 ay sonra tutularaq istintaqa təhvil verilib. Hazırda cinayətin digər iştirakçısı Xəyal Əlizadə axtarışdadır.

Təqsirləndirilən şəxs qismində ilkin istintaq zamanı dindirilən Elman İsgəndərov ona elan olunmuş ittihamla özünü təqsirli bilib. O, Şabran rayonunda yaşadığını, ötən ilin aprelində xalası oğlu Seymurun ona zəng vurub Bakıya çağırdığını deyib. Bildirib ki, Seymur ona imkanlı bir dostunun bacısına sataşan bir şəxsi cəzalandırmaq lazım olduğunu deyib: “Həmin qız mənim də bacım hesab olunur. Buna görə də qıza sataşan oğlanın sifətinə şram atmaq, boşluqlarına bıçaq vurmaq və oğlanın mobil telefonunda qızın şəkilləri olduğuna görə onun telefonunu da sındırmaq lazımdır. Seymur mənə dedi bu işə görə sənə necə lazımdır hörmət olunacaq, bu adam yüksək vəzifədə işləyir, səni bəy kimi dolandıracaq. Maddi sıxıntı içində olduğumdan təkliflə razılaşdım. Fikirləşirdim ki, bu işə görə, yəqin, mənə 10 min manat pul verərlər.

Aprelin 26-da Seymur zəng vurub işi sifariş verən adamın yanında olduğunu, mənimlə görüşmək istədiyini dedi. Görüşmək üçün onların dedikləri yerə gəldim. Seymur məni sonradan adının Xəyal olduğunu bildiyim həmin oğlanla tanış etdi. Xəyal mənə “heç nədən narahat olma, tutulmayacaqsan, hər şey yaxşı olacaq, tutulsan da səni oradan çıxardacağam” dedi.

Bu söhbətdən sonra vuracağım şəxsi mənə göstərdi. Onu hər gün universitetdən evlərinə qədər izləyirdim. Hadisədən bir gün əvvəl Vüsalı vurmaq üçün “Nərimanov” metro stansiyasının yaxınlığına gəldim, arxasınca düşərək yaşadığı evin həyətinə girdim, amma adam çox olduğu üçün vura bilmədim. Ertəsi gün yenə də güdməyə başladım. Gözümə gün eynəyi taxıb onun arxasınca həyətlərinə girdim. İti addımlarla ona yaxınlaşıb bıçaqla boğazının sol hissəsinə və ürəyinə zərbələr endirdim. Qışqırıb köməyə adam çağırdığını görüncə qaçıb oradan uzaqlaşdım. Vüsalın başından axan qan köynəyimə bulaşmışdı. Taksiyə oturub hadisə yerindən uzaqlaşdım. Seymura zəng vurub işi həll etdiyimi dedim. Həmin gün axşam Seymur və Xəyalla görüşdük. Hadisəni olduğu kimi onlara danışdım. Mənə 1000 manat verib Şabrana qayıtmağı tapşırdılar. 

3 gün sonra pulun yerdə qalanını da verəcəklərini dedilər. Xəyal mənə dedi ki, əgər tutulsan, həmin oğlanla təsadüfən mübahisə etdiyini deyərsən, onsuz da sən olmasaydın da başqa bir adam tapıb vurduracaqdıq. Öldürdüyüm şəxsin ad və soyadını, nə işlə məşğul olduğunu bilmirəm, onu tanımıram".

E.İsgəndərov sonradan ifadəsində bu işə görə heç kimdən pul almadığını, Xəyalın dediyi oğlanı onun bacısına sataşmaması üçün yalnız namus üstündə vurduğunu göstərib. İstintaq zamanı təqsirləndirilən şəxs qismində dindirilən Seymur Talıbov ona elan olunmuş ittihamla özünü təqsirli bilməyib. O, əvvəllər daxili işlər orqanlarında çalışdığını, Səbayel və Binəqədi rayonlarında polis nəfəri işlədiyini, sonradan Xəyal Əlizadənin sürücüsü olduğunu göstərib: “Üç aydan sonra isə başqa yerə işə düzəldim. Amma Xəyalla münasibətlərimiz var idi. Tez-tez işi ilə bağlı xarici ölkələrdə olurdu. Bir dəfə mənə biznes işinə kömək edəcək bir nəfər işçi lazım olduğunu dedi. Mən də xalam oğlu Elmana zəng vurub Bakıya çağırdım, onları tanış etdim. 2 may 2013-cü ildə Xəyal mənə zəng vurub Elmanın Vüsalı öldürdüyünü dedi. Vüsalı hadisədən bir-iki gün əvvəl kafelərin birində görmüşdüm. Xəyal həmin oğlanın baldızını istədiyini, lakin qızın valideynlərinin razı olmadığını, belə olan halda bu işin baş tutmayacağını demişdi. Elmanın Vüsalı öldürməsinə təəccübləndim. Mən Elmanı işçi olaraq çağırmışdım. Vüsalın qəsdən öldürülməsindən əvvəlcədən məlumatım olmayıb”.
Bu işdə zərərçəkən tərəfin ilk gündən vəkili Aslan İsmayılov olub. Lakin sonradan vəkillə müqavilə dayandırılıb. V.Şilderin anası Mətanət Şilderin adından hakim Sadıxova ünvanlanan müraciətdə müqavilənin pozulmasının səbəbi belə izah edilib: “Aslan İsmayılova olan təhdid və təhlükələrdən qorumaq üçün onunla həyat yoldaşım Adolf Şilderlə bağladığımız müqaviləni pozuram və bu gündən sonra heç kim bizim adımızdan bu işlə bağlı hansısa fikir bildirə bilməz”. Həmçinin, M.Şilder məhkəmə ədalətli keçirilmədiyinə görə prosesə getməyəcəyini bəyan edib. 

Maraqlıdır ki, bu müraciətdən sonra keçirilən prosesdə hakim məhkəmənin qapalı keçirilməsi haqda qərar verib. Qapalı keçən prosesdə təqsirləndirilən şəxslərin yaxınları iştirak etsə də, Şilderlər və onların təmsilçisi olmayıb. Hakim prosesi hansı səbəbdən qapalı keçirdiklərini elan etməyib. Halbuki qanunun tələbinə görə, hakim mütləq şəkildə bu qərarını əsaslandırmalı və bunu elan etməli idi. Şilderlərin vəkildən və məhkəməyə gəlməkdən imtina etmələri, bundan sonra prosesin qapalı keçirilməsi məhkəmənin tam, hərtərəfli, obyektiv araşdırma aparmaqdan uzaq olduğunu göstərir. Belə xəbərlər var ki, məhkəmə cinayətin sifarişçilərini üzə çıxarmaqdan uzaqdır. Təqsirləndirilən şəxslərdən isə yalnız birinə baş vermiş ağır cinayətə münasibətdə yüngül cəza verməklə prosesi yekunlaşdırmaq istəyirlər.

Məhkəmə prosesi sentyabrın 11-də davam etdiriləcək.

E.HÜSEYNOV



Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR