İnsanlara hürriyət, millətlərə istiqlal!

"Qismət Firması" ilə Məhəmməd Hadi küçəsinin sakinlərinin inşaat mübahisəsi səngimir- VİDEOREPORTAJ FOTO

2745 02.09.2021 18:47 Reportaj A A

Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi 99 və 111 saylı binaların sakinləri ilə "Qismət Firması" MMC şirkəti arasında mübahisə davam edir.

Musavat.com xəbər verir ki, sözügedən ünvanlarda yaşıllıq ərazidə şirkət çoxmərtəbəli bina tikməyə çalışır. Sakinlər isə buna qarşı çıxırlar. Artıq 4 ilə yaxındır ki, sakinlərlə tikinti şirkəti arasında çəkişmə səngimək bilmir. Şirkət hər dəfə ərazini hasara alarkən ətrafda yaşayan sakinlər buna etiraz edirlər, nəticədə iş müvəqqəti olaraq dayandırılır. Sakinlərin etirazının əsas səbəbi ərazidə xeyli sayda ağacın məhv edilməsi, həmçinin tikiləcək yeni binanın onların yaşadığı binalarla 20-30 metr ara məsafəsində yerləşməsidir.

“Qismət Firması” MMC-nin direktoru Əbili Tağıyev bina sakinlərinin etirazını əsasız sayır. O, tikinti üçün icazə sənədinin olduğunu deyir.

Şikayətçilər deyirlər ki, onların sənədlərinə qarşılıq olaraq 200-dən çox imza toplanıb, dəfələrlə aidiyyəti orqanlara etiraz məktubları göndərilib, amma indiyə kimi heç bir qurum onların şikayətinə əhəmiyyət verməyib.

Belə olan halda, iyulun 26-da tikinti şirkətinin hasarladığı ərazini sakinlər yenidən söküb, ərazidə kəsilmiş ağacların ətrafına 100-ə yaxın ağac əkiblər.

Vətəndaşların etirazlarına baxmayaraq, “Qismət Firması” MMC istəyindən geri durmur. Şirkət sentyabrın 1-də sakinlərin növbəti etirazı ilə qarşılaşsa da, ərazidə hasarlanma işlərini tamamlayıb. Sakinlər gecəyə kimi çəkilən hasarın sökülməsinə çalışıblar, lakin polislər buna imkan verməyib.

Daha ətraflı videomatrealımızdan izləyə bilərsiniz:

Elçin Əkbərov, Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR