İnsanlara hürriyət, millətlərə istiqlal!

Qırılmaq istəmirlər, sülh də istəmirlər – revanşist ermənilərin nadanlığı

2735 15.09.2022 16:46 Analitika A A

Məşhur bir deyim var: “Nə istədiyini özü də bilmir”. Fəlsəfi anlamı çox böyükdür. Fərdi müstəvidə belələri ən təhlükəli tiplərdən hesab olunduğu kimi, nə istədiyini bilməyən xalqlar, toplumlar, dövlətlər də eynilik təşkil edir.
Deyilə bilər ki, bütövlükdə bir xalqın, dövlətin nə istədiyini özü də bilməməsi mümkündürmü? Bəli, mümkündür və hazırda bütün dünya Ermənistan dövlətinin, xalqının timsalında buna əyani şahidlik edir.


Ermənilər əsrlərdir nəinki Azərbaycan və türklər üçün, bütünlüklə bölgə və bölgə xalqları üçün bəladır. Çox qanmaz, normal, adam kimi yaşamaq istəməyən bir toplumdur.
2020-ci ilə qədər Qarabağı işğalda saxladılar, heç bir anlaşmaya, danışığa, razılaşmaya razı olmadılar. 2020-ci ilin payızında nəhayət, başlarına dəmir yumruq dəydi. Azərbaycan Ordusu Qarabağı işğaldan azad etdi. Ardınca Azərbaycan açıq şəkildə bəyan etdi ki, bizim kimsənin torpağında gözümüz yoxdur, öz ərazilərimizi azad etmişik, bundan sonra sülh, barış, bölgədə əmin-amanlıq istəyirik. Hər bir dövlətin özünün beynəlxalq miqyasda tanınan sərhədləri daxilində qonşuluq, əməkdaşlıq da təklif etdik.
Müəyyən ümidlər vardı ki, Ermənistan, erməni xalqı, hökuməti reallıqları dərk edəcək, daha bədbəxt duruma düşməmək üçün sülh çağırışlarına ciddi yanaşacaq. Normal düşüncəli, gələcəyini fikirləşən istənilən xalq fərqində olmalı idi ki, başqa yol yoxdur. Üstəlik də Azərbaycanın gücünü, qüdrətini görmüşdülər. Ancaq ötən iki ilə yaxın müddətdə erməni cəmiyyəti, dövləti və yalnız xarici təsir dairələrinin diqtəsilə hərəkət edən Paşinyan hökuməti davranışları, təxribatları isə sübuta yetirdi ki, necə deyərlər, onlardan adam olmayıb, olacağına da ümidləri puç etdilər.


De-fakto bütövlükdə Ermənistan kor-təbii şəkildə revanşist xülyalardan ayılmır. Daha əvvəlki davranışlarının kulminasiya nöqtəsi olan 12-13 sentyabrda törətdikləri genişmiqyaslı təxribat və bunun ardınca sərgilədikləri siyasi-ictimai davranışları, verdikləri bəyanatlar və açıqlamalar daha aydın mənzərə yaratdı.
Ermənistanın törətdiyi təxribatlar nəticəsində Azərbaycanın 71 igidi şəhid oldu. O 71 igid də daxil olmaqla Ordumuz ermənilərə sözün əsl mənasında növbəti dərs verdi. Azərbaycan Ordusu üzərinə düşən vəzifələri yüksək peşəkarlıqla icra etdi, məqsədlərə nail oldu. Bir daha Ordumuzun gücünün, əsgər və zabitlərimizin hazırlıq səviyyəsini gördük, fəxr etdik. Faktiki olaraq erməni təxribatlarının, diverasiyasıınn qarşısı alınmaqla yanaşı, yeni mövqelər, üstünlüklər qazandıq və möhkəmləndik.
Kəlbəcər, Laçın, Zəngilan istiqamətində həyata keçirdikləri diversiyanın nəticəsində erməni leşlərinin, yaralılarının sayı-hesabı bilinmir. Elə təkcə bizim əlimizdə qalan leşləri 100-dən artıqdır. Azərbaycan bəyan etdi ki, 100-ə yaxın cəsədi təhvil verməyə hazırıq. Azərbaycanın təhlükəsizliyinə təhdid törədən, başımıza bombalar yağdırdıqları atəş nöqtələrini də darmadağın etdik, olan-qalan texnikalarının böyük hissəsi də “göyə uçdu”.


Bundan sonra bir daha təklif etdik ki, daha artıq qırılmaq, daha böyük faciələr, bölgənin qan, savaş içərisində olmasını istəmirsinizsə, sülh prosesini davam etdirək.
Başını itirmiş Paşinyan da belə bir açıqlama vermişdi ki, Ermənistanın gələcəyi naminə sülh sənədinə imza atmaqda qərarlıdır, buna görə ona satqın desələr də, hətta devirsələr də. Bu. Bəlkə də Paşinyanın dünyaya özünü “sülh tərəfdarı” kimi göstərmək hiyləsi idi, səmimi deyildi.

Ancaq erməni leşləri ortalıqda qaldığı halda bütövlükdə Ermənistan yenə də revanşist düşüncələrlə davranmağa başladı. Müəyyən qrup insanlar İrəvanda meydanlara çıxdılar, parlamentə hücum etdilər, erməni diasporu xaricdə hərəkətləndi. Azərbaycanın Xankəndi şəhərindəki ermənilər də anti-sülh aksiyalarına başladılar. Nəticədə bir neçə saat qabaq sülh müqaviləsinə imza atmaq niyyətində olduğunu deyən Paşinyanın da "beyni çevrildi", yaxud qorxusundan bu dəfə dedi ki, hələ imzalamaq üçün onda bir sənəd yoxdur. Beləliklə, ermənixanada dəli dəliyə qoşuldu, dəyənək də göydən yağmağa başladı...

3153354b8ac506aad91c78a37dab9d4e.jpg (198 KB)
Ortaya hansı nəticə çıxdı? O qənaət təsdiqləndi ki, Paşinyan qarışıq Ermənistan təxribatçılıqdan, revanşizm xülyasından kənarlaşmamaqda israrlıdır, sülh istəmirlər.
Aydın göründü ki, Ermənistan hakimiyyəti, Paşinyan sülh istəmir. Ortaya çıxan dəqiq mənzərə bundan ibarətdir.
Bəli, cəmiyyətdə o suallar var ki, “nə qədər ermənilərin nazı ilə oynayacağıq?”, “Niyə işi birdəfəlik bitirib, Ermənistanla aramıza sədd çəkmirik?”, “Təxribatlar nə vaxtadək davam edəcək?”, "Nə vaxtadək şəhidlər verməkdə davam edəcəyik"və s.


Bu suallara konkret cavab vermək mümkün deyil. Ancaq tamamilə dəqiq olan odur ki, Ermənistan, Paşinyan sülh istəmir! Dünya da onu buna məcbur etmir, etmək istəmir, əksinə, Qərb, Şimal dairələri ona fitva, dəstək də verir. Yəni qısacası, erməni təxribatlarının, mənfurluğunun davam etməsində yeganə suçu, günahı olmayan tərəf Azərbaycandır. Erməni toplumu, dövləti terror mahiyyətlidir və açıq aydın deyirlər ki, sülh istəmirik. Azərbaycan isə həm siyasi, həm diplomatik, həm də hərbi yolla təxribatları dəf etmək, sərhədlərini, xalqımız, ölkəmizi, torpaqlarımızı yağıdan qorumaqda davam edir. Bu bizim haqqımızdır, vəzifəmizdir. Düşmən yenə də hücum edirsə, qarşısını almalıyıq. Atəşkəsin pozulması, növbəti dəfə şəhidlər verməyimizin səbəbkarı heç bir şəkildə sülh istəməyən Ermənistandır.
Bizim indiki anda etməli olduğumuz həm siyasi, həm diplomatik, həm də hərbi yolla Ermənistanı sülhə məcbur etmək prosesini davam etdirməliyik. O zamana qədər ki, Ermənistan buna məcbur olacaq. Revanşizm davam etdikcə, biz də geri çəkilə, əl-qolumuzu sallayıb dayana bilmərik, necə ki, dayanmırıq, bütün parametrlər üzrə layiqli cavablar veririk, adekvat addımlar atırıq.

Amma təbii ki, bunun bir sonu olmalıdır və olacaq. Dünya da, Ermənistan da başa düşməlidir ki, Azərbaycan haqq mövqeyindən bir addım geri çəkilən deyil. Arxamızda böyük Türkiyə də var. Odur ki, sülhə məcburetmə prosesinə, ermənilərə canı yanırsa, ABŞ, Fransa, Rusiya, İran da qoşulmalıdır, onları fitvalamamalıdır.
Hələlik proseslərin axarını gözləməkdən və sərhədlərimizdə daha ayıq-sayıq dayanmaqdan başqa variant yoxdur. Görək, yaranmış aydın mənzərədə nə olacaq.
Ermənistan “sülh, yoxsa qırılmaq” dilemmasına aydınlıq gətirməyənədək işlər(i) asan olmayacaq.

Elşad MƏMMƏDLİ
Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR