İnsanlara hürriyət, millətlərə istiqlal!

Qırğızıstanın yeni baş naziri ölkə prezidentinin tezliklə istefa edəcəyini söylədi

892 10.10.2020 22:08 Dünya A A

Xəbər verildiyi kimi, Qırğızıstan parlamenti Sadır Japarovu ölkənin yeni baş naziri təyin edib. Qeyd etmək lazımdır ki, S.Japarov bu günlərdə keçmiş przident Almazbek Atambayev kimi bir qrup insan tərəfindən istintaq təcridxanasından azad olunmuşdu.

Sadır Japarov kabinetin köhnə heyətini demək olar ki, saxlayıb. Buraya yalnız hazırkı prezident Sooronbay Jeenbekova yaxınlığı ilə bilinən daxili işlər naziri Kaşkar Cunuşaliyev və baş nazirin müavini Erkinbek Asrandiyev daxil olmayıblar.

Sadır Japarov keçirdiyi ilk mətbuat konfransında prezident Sooronbay Jeenbekovun da tezliklə vəzifəsindən gedəcəyi anonsunu verib. “Prezident mənə hökumətin yeni tərkibinin formalaşması və bununla bağlı hüquqi prosedurların bitməsindən sonra istefa verəcəyini söylədi,”-deyə “RİA Novosti” ondan sitat gətirib.

Qeyd edək ki, prezident postu bu şəkildə boş qalarsa, onun vəzifələri Sadır Japarov tərəfindən icra ediləcək.

Qırğızıstan prezidentinin mətbuat katibi Tolqonay Stamaliyeva isə baş nazirin sözlərini şərh etməyəcəklərini bildirb. Onun sözlərinə görə, S.Jeenbekov yalnız bütün işlərin qanuni axarına dönməsindən sönra vəzifəsindən gedəcəyini vəd edib.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR