QIRĞIZISTANIN KEÇMİŞ DAXİLİ İŞLƏR NAZİRİ MOSKVADA TUTULDU
Həbsin nə zaman həyata keçirildiyi açıqlanmır, ancaq keçmiş nazir dünən təyyarə ilə Moskvadan Bişkekə gətirilib. Qırğızıstanın müvəqqəti hökumətinin başçısının müavini Almazbek Atambayev Konqantiyevin həbsinə yardım etdiyi üçün Rusiyaya minnətdarlıq bildirib. O deyib ki, keçmiş daxili işlər naziri aprelin 7-də və 8-də müxalifət tərəfdarlarına qarşı silah işlədilməsinə əmr verməkdə ittiham edilir. “Lakin mənə hələ də aydın deyil ki, Talasda döyüldükdən sonra Bişkekə gətirilib hospitalda müalicə olunan Konqantiyev sonradan Cəlalabad şəhərinə necə gedib? Onu oradan Moskvaya kim yola salıb? Biz bu məsələləri araşdırmalıyıq” deyə, Atambayev bildirib.
Xatırladaq ki, Qırğızıstanda Bakiyev hakimiyyətinin devrilməsi zamanı keçmiş daxili işlər nazirinin müxalifətçilər tərəfindən döyülərək tanınmaz hala düşdüyünü əks etdirən kadrlar yayılmışdı. Konqantiyevin öldüyü haqda da məlumatlar yayılıb, lakin sonradan onun taleyi naməlum qalıb. Bəzi mənbələr onun Qazaxıstana getdiyini bildiriblər. Keçmiş nazirin yaxın ətrafındakı mənbələr isə deyiblər ki, Konqantiyev aldığı ağır kəllə-beyin zədələrindən müalicə almaq üçün Moskvaya gedib. Bişkekdə nümayişçilərin güllələnməsində onun rolunun nə dərəcədə olduğu hələ aydın deyil. Çünki 80-dən çox adamın güllənməsi ilə nəticələnən atəşləri Bakiyevin mühafizə xidmətinin əməkdaşları açıblar. Xəbərlərə görə, Konqantiyevin Moskvada həbs olunaraq Bişkekə gətirildiyini eşidən yüzlərlə adam ölkənin cənubunda küçələrə çıxaraq Oş-Bişkek avtomobil yolunu bağlayıb. Onların Konqantiyevin qohumlarından və digər yaxınlarından ibarət olduğu bildirilir. Toplaşanlar keçmiş nazirin dərhal azadlığa buraxılmasını tələb edir. Bölgədə vəziyyətin gərginləşməsinin qarşısını almaq üçün əlavə milis qüvvələri göndərilib.