İnsanlara hürriyət, millətlərə istiqlal!

Qırğızıstanda prezident seçkiləri ilə əlaqədar namizədlərin ərizələrinin qəbuluna başlanılıb

578 19.06.2017 15:32 Dünya A A

Qırğızıstanın Seçkilər və Referendumlar Mərkəzi Komissiyası ölkədə oktyabrın 15-də keçiriləcək prezident seçkiləri ilə əlaqədar namizədlərin ərizələrinin qəbuluna başlayıb.

İlk olaraq müxalifətdəki “Ata-Məkan” partiyasının lideri Omurbek Tekebayevin nümayəndələri komissiyaya müraciət ediblər və namizədin ərizəsi qəbul olunub.

Seçkilərlə bağlı iyunun 15-dən namizədlərin irəli sürülməsi kampaniyasına start verilib və proses avqustun 1-dək davam edəcək. Avqustun 26-dək isə namizədlərin hər biri 30 min seçicinin imzasını toplamalı, komissiyanın hesabına 1 milyon som (15 min dollar) məbləğində vəsait köçürməlidir.

Ekspertlərin rəyinə görə, prezident seçkilərində 15 namizədin iştirak edəcəyi gözlənilir. (Azərtac)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR