Sentyabrın 9-da Qırğızıstanın paytaxtı Bişkekdə nəqliyyat hadisəsi dörd nəfərin həyatına son qoyub.
AZƏRTAC xəbər verir ki, dörd oğlanın olduğu “Şkoda-Aktaviya” minik maşınının sürücüsü sürət həddini aşdığına görə idarəetməni itirib və avtobusa çırpılıb. Nəticədə dörd nəfər ölüb.
Avtobusda olan sərnişinlərdən isə bir qız ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Sürücü və digər sərnişinlər də yaralanıb.
Hadisənin səbəbləri araşdırılır.






