İnsanlara hürriyət, millətlərə istiqlal!

Qırğızıstan XİN başçısı: "Ümid edirəm ki, Türkmənistan da Türk Şurasına üzv olacaq"

348 14.10.2019 14:35 Siyasət A A

"Türk Şurasına üzv olan bütün ölkələrlə bir sıra sahələr üzrə əməkdaşlığın inkişafına böyük əhəmiyyət veririk".

"Report"un xəbərinə görə, bunu Qırğızıstan xarici işlər naziri Çingiz Aydarbekov təşkilatın xarici işlər nazirlərinin Bakıda keçirilən 7-ci iclasında deyib.

"Gündəlikdəki əsas məsələlər iqtisadi əməkdaşlığın səmərəliliyini artırmaq, bu gün çox vacib olan birgə səylərin və qarşılıqlı dəstəyin konsolidasiyasıdır", - Qırğızıstanın xarici işlər naziri bildirib.

Nazirin sözlərinə görə, Türk Şurasının BMT Baş Assambleyasında və İƏT-də müşahidəçi statusu alması üzrə səyləri davam etdirmək lazımdır. Ç.Aydarbekov həmçinin TürkPA, TURKSOY və digər təşkilatlarla əməkdaşlığı gücləndirməyin vacibliyini vurğulayıb.

Ç.Aydarbekov onun da qeyd edib ki, Türk Şurası dövlət başçılarının oktyabrın 15-də Bakıda keçiriləcək zirvə toplantısında Özbəkistanın təşkilata üzv qəbul edilməsi ilə bağlı birgə bəyanatı imzalanacaq.

"Ümid edirəm ki, tərəfdaşımız olan Türkmənistan da Özbəkistandan nümunə götürəcək və təşkilata üzv olacaq, bu da öz növbəsində şuranın imicini gücləndirəcək. Bu gün xarici işlər nazirlərinin iclasında Macarıstana Türk Şurasının Mədəni İrs Fondunda müşahidəçi statusunun verilməsi barədə qərar qəbul edəcəyik. Qırğızıstan Macarıstanın türk dünyasının təşkilatına inteqrasiya addımlarını alqışlayır", - deyə o, əlavə edib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR