İnsanlara hürriyət, millətlərə istiqlal!

Qırğızıstan Prezidenti hökuməti istefaya göndərib

490 12.10.2021 19:00 Son xəbər A A

Qırğızıstan Prezidenti Sadır Japarov bu gün Nazirlər Kabinetinin başçısı Uluqbek Maripovu və hökumətin bütün tərkibini istefaya göndərib.

AZƏRTAC Qırğızıstan mediasına istinadla xəbər verir ki, Prezident bununla bağlı fərmanlar imzalayıb, prezident administrasiyasının rəhbəri və baş nazir postlarına Akılbek Japarovun namizədliyini ölkə parlamentinə təklif edib.

“Nazirlər Kabinetinin başçısı da dəyişəcək. Mən Akılbek Japarovun namizədliyini təklif etmişəm”, - deyə Prezident Sadır Japarov bildirib.

Qırğız Respublikasının yeni konstitusiyasına əsasən prezident administrasiyasının rəhbəri, eyni zamanda, hökumətə də rəhbərlik edir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR