Qırğızıstanda həbs olunmuş müxalifət lideri Omurbek Tekebayevin tərəfdarları, “Ata-Meken” partiyasını üzvləri Bişkekin mərkəzi meydanında aksiya keçiriblər.
Avropa.info xəbər verir ki, Qırğızıstan Ali Məhkəməsi qarşısında yığışan onlarla müxalifətçi həbs olunmuş müxalifət liderinin həbs qərarının dəyişdirilməsini tələb ediblər.
Qeyd edək ki, Ali Məhkəmə Tekebayevin iki aylıq həbs-qətimkan qərarını qüvvədə saxlamışdı. Tekebayev dələduzluq və korrupsiyada ittiham olunur.






