İnsanlara hürriyət, millətlərə istiqlal!

Qırğız prezidentdən Moskvaya əzəli nümayişi - yubileyə gəlmədi, birgə təlimləri ləğv etdi

1783 09.10.2022 15:15 Gündəm A A

Qırğızıstan prezidenti Sadır Japarov Rusiya prezidenti Vladimir Putinin 70 illik yubileyi münasibətilə Sankt-Peterburqdakı qeyri-formal sammitə gəlməməsi ciddi müzakirələrə yol açıb. Bunun ardınca isə Qırğızıstanın Müdafiə Nazirliyi KTMT sülhməramlı qüvvələrinin iştirakı ilə keçirilən “Sarsılmaz qardaşlıq-2022” komanda-qərargah təlimlərinin ləğvi barədə qərar qəbul edib.

Təlimlər oktyabrın 10-14-də İssık-Kul vilayətinin Balıqçı şəhərində baş tutmalı idi. Təlimlərə Monqolustan, Serbiya, Suriya, Türkmənistan və Özbəkistan nümayəndələrinin müşahidəçi qismində dəvət olunması planlaşdırılırdı.

Təlimlərin ləğv edilməsinin səbəbi barədə məlumat verilmir. Qırğızıstan və Tacikistandan başqa Rusiya, Ermənistan, Belarus və Qazaxıstanın da daxil olduğu KTMT rəhbərliyi  Bişkekin qərarını hələ ki, şərh etməyib.

pic_ed281d72d66d9775d85179bb55e59ebf.jpg (47 KB)

Yayın əvvəlində Qırğızıstanın müdafiə departamenti təlimlərə hazırlığın başlandığını elan etmişdi. Təlimlərə tacik hərbçilərinin də cəlb olunacağı planlaşdırılırdı, lakin sərhəddə baş verən hərbi toqquşmadan sonra qırğız siyasətçiləri və ictimaiyyəti Tacikistan Silahlı Qüvvələrinin nümayəndələrinin təlimlərə buraxılmamasını tələb ediblər. Bu səbəbdən təlimlər təxirə salınıb. 

Qırğız prezidentinin Putinin yubileyinə gəlməməsinin səbəbi rəsmi olaraq Japarovun iş qrafikinın sıxlığı ilə əlaqələndirilib. Bildirilib ki, Putinin 70 illik yubileyi münasibətilə dövlət başçısının təbrik məktubunu çatdırmaq üçün Qırğızıstan tərəfdən dövlət katibi Suyunbek Kasmambetov Peterburqa göndərilib.

Qığızıstan mediası isə yazır ki, Sadır Japarovun incikliyinə səbəb Putinin Tacikistan prezidenti Emomali Rahmonu “regionda sabitliyin və təhlükəsizliyin təmin edilməsinə görə” ordenlərlə təltif etməsinə görədir. Putin oktyabrın 4-də imzaladığı fərmanla Pəhmonu bu ordenlə təltif edib. Rəhmon bu ordeni Qırğızıstan və Tacikistan sərhədində tərəflərin bir-birini ittiham etdiyi hərbi toqquşma fonunda alıb. Qırğızıstan Xarici İşlər Nazirliyi Putinin bu qərarından təəccüblündəyini bildirməklə kifayətlənib.

1663107549_1663107507412.png (355 KB)

Qırğızıstan-Tacikistan arasında sərhəd mübahisələri zaman-zaman gərginliyə və hər iki tərəfdən çoxlu sayda insan itkisi ilə nəticələnən toqquşmalar baş verir. Son ayyarımda bu toqquşmalar yenidən şiddətlənib və atəşkəs razılaşmalara baxmayaraq, gərginlik davam edir. Qırğızıstan bu gərginlik səbəbindən sərhəd zonasından 142 minbə yaxın insan təxliyyə edeib. Prezidenti Sadır Japarov Tacikistanla sərhəddəki vəziyyətlə bağlı xalqa müraciətindətoqquşmalar zamanı həlak olan hərbçilərin ailələrinə başsağlığı verib.

O, sərhəddə insident hallarının delimitasiya prosesinin başa çatmamasından qaynaqlandığını əlavə edib.“Sərhəd problemi yoluna qoyulmayıb, ona görə toqquşmalar baş verir. Əcdadlarımızdan bizə qalan torpaqların bir qarışını da verən deyilik”, - o deyib.

Orxan ƏLİYEV, 
Musavat.com 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR