İnsanlara hürriyət, millətlərə istiqlal!

QİÇS-dən, XƏRÇƏNGDƏN DƏ BÖYÜK BƏLA...

2675 14.11.2011 09:35 Ölkə A A

Avropada kompüter oyunları asılılığını araşdıran bir klinika açılıb. Klinikanın qurucusu Keith Bakker hesab edir ki, oyun oynama asılılığı psixoloji yox, sosioloji problemdir. Onun fikrincə, bunu ayrı-ayrı fərdlərin problemi adlandırmaq olmaz. Çünki oyun xəstəliyinə düçar olan gəncləin 80 faizi məktəblərində əzilmiş, özlərini kənarlaşdırılmış hiss edirlər. K.Bakker hesab edir ki, bütün problemlər keçmiş dəbdə olan xəbərləşmə ilə həll oluna bilər.
Alimlər müəyyənləşdirib ki, kompüter oyunları çox əyləncəlidir, onun arxasına keçəndə və həqiqətən əylənəndə vaxtın necə keçdiyini bilmək olmur. Bir saat daha, bir az daha, növbəti bölümü də adlayınca təxirə salmalar ilə oyun müddəti planları kölgədə qoyur. Maraqlıdır ki, bəzi oyunçular “bəsdir” deməyi bacarır və insanlar oyundan ayrılıb gündəlik həyatın axınına qarışa bilir. Amma bəzi oyunçular üçün kompüterin arxasından ayrılmaq çətindir. Çünki kompüter oyunu əyləncəli olmaqla yanaşı, insanı sevindirir. Oynayanlarin beynində xoşbəxtlik hormonunu artırır. Mükafat və uğur perspektivi isə onu daha da oyuna cəlb edir və nəticə... Müvəqqəti sevinc hissi insanın yuxu saatları ilə yanaşı, onun orqanizminə də zərbə vurur. Yuxu zamanı təmin olunan hormonların düzənləyici təsiri olmadan keçən günlər, oyun sevinci nəticəsində əldə edilən sevinc hormonları ilə əvəz edilir ki, bu da bəs etmir.
Bunun ardınca isə oyunçu gündəlik həyatdakı önəmli işlərini görməməyə, təxirə salmağa başlayır. Bu təxirə salmaların ardınca isə oyunçu gündəlik həyatda ailədə və toplumda vəzifəsini yerinə yetirməz vəziyyətə çatır. Bu isə problemdir və ailə bundan narahat olmağa başlayır. Dərslər və ya iş axsamağa başlayır. Amma bununla bağlı da müəyyən limit var. Məsələn, gündə bir saat oyun oynayan adamları əsla oyun xəstəliyinə tutulan hesab edə bilmərik. Amma insan gündə 20 saat oyun oynayıb, başqa heç bir şey etmirsə, bu, vəziyyətin qəliz olmasından xəbər verir.

Xəstəlik yaradan 7 oyun açıqlandı

Kompüter oyunları insanlara istirahət etməyə, gərgin iş rejimindən uzaqlaşmağa kömək edir. Ancaq əgər bu, fasiləsiz olaraq davam edərsə, o zaman həmin oyunlardan asılılıq xəstəliyi yaranmış olur. Aşağıdakı oyunların insanlarda xəstəlik yaratdıqları müəyyən edilib.

    1. Tetris. Bu oyunu hər kəs tanıyır, uşaqdan tutmuş-böyüyəcən. Bu oyun ilk dəfə 1985-ci ildə - proqrammist Aleksey Pajitnov tərəfindən hazırlanıb. Daha sonra dəyişikliklərə məruz qalaraq müasir forma halına gəlib.
    2. Super Mario Bros. Bu oyunun dizaynı Siger Miyamotuna məxsusdur. Daha sonra oyun Nintendo şirkətinin vasitəçiliyi ilə 200-dən çox kompüterdə yer almağa başlayıb.
    3. Halo 3. Bu oyun Bungie Studios-kompaniyası tərəfindən yaradılmışdır. Bu oyunun uğuru 26-cı əsrədək nəzərdə tutulub.
    4. Call of Duty. Bu, yeganə oyundur ki, bunun nəticəsində idmanda eyni adda beynəlxalq və milli yarışlar keçirilir
    5. Guitar Hero. Demək olar ki, kompüter oyunları içərisində yeganə musiqiyə aid oyundur ki, bu qədər sevilib. Hətta siz həyatınızda heç vaxt əlinizə gitara almasaz belə, bu oyun sizə əksini hiss etdirmiş olacaq. Bu oyunun yeni versiyası 4 şəxsin bir arada oynamasına imkan verir. Oyunda xallar isə çalınmış düzgün notlara əsasən verilir.
    6. Gears of War 2. Bu oyun Epic Games-studiyasına məxsusdur. Oyun özünün əla qrafikasına görə gənclərin ən sevimli oyunu adını almışdır. Hətta bu oyun reytinqinə görə Hallo-2 oyununu da geridə qoymuş oldu.
    7. World of Warcraft. Bu oyun nəticəsində bir çox gənclərin halları pisləşmiş, möhkəm baş ağrılarına səbəb olmuş, epilepsiya xəstəliyi yaranmasına səbəb olmuşdur. Artıq onun yığışdırılması barədə tələblər irəli sürülür və bu barədə tədbirlər görülür.

Yuxarıda qeyd olunan 7 oyun gənclərdə bir çox xəstəliklərin yaranmasına səbəb olub. Hazırda əksəriyyət Avropa ölkələrində oyunların aradan qaldırılması barədə tədbirlər görülür.

Evdən çıxmağa pulu olmayan adam oyun oynayırsa, bu, xəstəlik sayılmır

Bu arada kompüter arxasında gününü keçirən uşaqların raxit xəstəliyinə tutulması ehtimalı xeyli yüksəkdir. Britaniyalı alimlərin araşdırmalarına görə, uşaqlarda kəskin D vitamini çatışmazlığı yaradan bu xəstəliyin artım tempi ölkədə qeyri-adi dərəcədə yüksəkdir. Bildirilir ki, bunun əsas səbəbi soyuq vaxtlarda uşaqların evdə daha çox oturması, gəzmək, oynamaq əvəzinə kompüter arxasında vaxt keçirmələri ilə bağlıdır. Həmçinin isti vaxtlarda da gəzmək əvəzinə kompüterlə oynamaq uşaqların günəş şüaları vasitəsi ilə D vitamini almaq imkanlarını əlindən alır. Araşdırmalar tək Böyuk Britaniyada aparılsa da, digər ölkələrdə də narahatlıq siqnalları gəlməkdədir.
Alimlərin sözügedən mövzuda daha bir maraqlı araşdırması var. Məlum olub ki, beyin bir əzələ kimi işlədikcə güclənir və yeni bir kompüter oyunu oynamağı öyrənmək beyin üçün də faydalıdır. Amma bir oyunu təkrar oynamaq sadəcə öz faydasını itirir deyə onun müsbət cəhətlərindən danışmağa dəyməz. Yəni bir müddət sonra eyni oyunu bir neçə dəfə oynamaq oyunçunu sevindirmir və vaxtını oğurlayır, can sıxıntısından vaxtını öldürmə mərhələsinə keçir. Alimlər müəyyənləşdirib ki, oyunlar həyatdakı digər şeylərlə tarazlandığı halda faydalı sayıla bilər.
Məsələyə başqa bir yöndən də baxaq. İşsizlik, pulsuzluq, ailədə dolanma problemləri, gələcək qayğısı kimi psixoloji məqamlar oyun xəstələrinin çiyninə yüklənir. Onlar həm də oyun sayəsində bu problemlərdən uzaqlaşmağa çalışırlar. Evdən çıxacaq pulu olmayan adam həmişə oyun oynayırsa, buna asılılıq demək olmaz.

Klinikaya gəl, bir daha oyun oynama...

Keçək xaricdə insanları bu bəladan qurtaran klinikalara. Amsterdamda qurulan Smith Jones klinikasında oyun xəstələrini bu bəladan qurtarmaq üçün öncə ciddi müşahidə edirlər. Məlum olur ki, alkoqolik və narkotiklərdən fərqli olaraq, onları müşahidə etmək, nəzarət altında saxlamaq daha asandır. Yəni yeməyini, suyunu ver, özünə toxunma, söz soruşma.. saatlarla oyun oynasın. Klinika həkimləri bu tip adamları qumarbazlarla da müqayisə edir. Hər oyuna “bu dəfə udacam” istəyi, əzmi ilə başlama onları saatlarla kompüterdən ayıra bilmir. 8 yaşındakı uşaqların belə müalicə olunduğu klinikada insanlar oyunu əvəz edəcək əyləncələrə cəlb edilir. Terapistlərin rəhbərliyi ilə bu cür adamlar qrup halında gəzintiyə, kinoteatra aparılır, mütaliəyə cəlb edilir və sair.

12 saat oyun oynadı, öldü...

İngiltərənin Sheffield şəhərində yaşayan 20 yaşındakı Chris Staniforth yoldaşlarıyla birlikde 12 saat boyunca X-Boxda oyun oynadıqdan sonra birdən pisləşərək heyatını itirdi. Chrisin ölümü ailə və dostları ətrafında böyük qarışıqlığa gətirib çıxarıb. Meyitin yarılması nəticəsində məlum olub ki, ölüm səbəbi hərəkətsizliklə bağlı damar içi laxtalanmadır. Chrisin atası isə deyib ki, valideynlər çox vaxt kompüter oyunu oynamanın uşağa verə biləcəyi zərəri düşünmür. Əksinə, düşünür ki, uşaq evdədirsə, deməli, təhlükəsizdir. Chrisin sanki kompüter oyunları üçün yaşadığını ifadə edən atası oğlunun video oyunu dizaynçısı olmaq istediyini və Leicester Universitetinə qəbul olduğunu deyib. Ölümün ardınca oyunu çıxaran şirkəti günahlandırmağı düşünmədiyini vurğulayan ağrılı ata, “Bu onların səhvi deyil. Etməmiz lazım olan şey uşaqlarımızı şüurlandırmaq idi” deyib.
Hazırda dünyada hər 10 oyunçudan biri asılı, hər 10 adamdan 2-sinin də asılı olma riski var. Araşdırmalar göstərib ki, bu xəstəliyə gənc kişilər olmaqla daha çox kişilər tutulur. Qadınlar arasında isə alış-veriş xəstəliyi daha geniş yayılıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR