İnsanlara hürriyət, millətlərə istiqlal!

QHT Şurasının dəstəyi ilə tənha yaşayan ahıl və əlillərlə bağlı layihə icra olunur

960 24.05.2017 17:36 Yaşam A A


Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Regionlarda Ekoloji Tarazlığın Tənzimlənməsi" İctimai Birliyinin Ucar rayonunda “Öz evində tənha yaşayan ahıl və əlil insanlara könüllülər vasitəsilə sosial xidmətlərin göstərilməsi” layihəsi icra olunub. Layihənin məqsədi çətin şəraitdə öz evində tək yaşayan ahıl insanlara könüllülərlə birgə sosial xidmətin təşkili və onların ( könüllülər və ahıl insanlar) bu sahədə bilik və bacarıqlarının artırılması ilə yanaşı bu istiqamətdə aparılan dövlət siyasətinə dəstək olmaqdır.

Ucar rayonunda keçirilən görüşlərdə könülülük fəaliyyətinə maraq göstərən gənclər, təhsil, mədəniyyət işçiləri, QHT üzvləri, DSMF-nin ucar şöbəsinin işçiləri və dəstək olan yerli icra hakimiyyəti və rayon Gənclər və İdman idarələrinin nümayəndələri iştirak ediblər.

Layihə çərçivəsində iştirakçı gənclərə “Könüllülük nədir, könüllülüyün tarixi”, "Könüllü Fəaliyyəti Haqqında Azərbaycan Respublikasının Qanunu", "Sosial Xidmətlərin göstərilməsi metodları" mövzusunda təlimlər keçrilmiş, onlara " Könüllülüyün əsas prinsipləri, əsl könüllü nücə olmalıdır” və onların təklif etdiyi xidmətlər haqqında məlumatlar verilib.
Təlim Ucar rayonu Gənclər və İdman İdarəsinin rəis müavini Mirmehdi Heydərov tərəfindən aparılıb.
Təlim aşağıdakı mövzuları əhatə edib:

- Könüllülük nədir, könüllülüyün tarixi,

- Könüllü Fəaliyyəti Haqqında Azərbaycan Respublikasının Qanunu
- Könüllülüklə bağlı beynəlxalq təcrübə
- Gənclər nə üçün könüllü olmalıdır?,
- Könüllülüyün cəmiyyətin inkişafına tövhəsi
- Könüllülüyün əsas prinsipləri, əsl könüllü nücə olmalıdır?
- Könüllülüyün gənclərin inkişafnda və gələcək karyerada uğuru
- Sosial Xidmlər haqqında Qanunun icmalı
- Sosial Xidmətlərin göstərilməsi metodları
- Sosial xidmətlər sahəsində beynəlxalq təcrübə.
- Sosial xidmətlər sahəsində QHT-lərin təcrübəsi

Aparılan interaktiv təlimlərdə gənclər aktiv iştirak ediblər.

Musavat.com

SAM_4094.JPG (5.52 MB)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR