Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyi “İnsan alveri ilə mübarizədə yeni standartların tətbiqi” adlı layihə icra edir. Layihə üzrə Balakən, Zaqatala, Qəbələ və İsmayıllıda polis əməkdaşları üçün “Gender əsaslı zorakılıq qurbanları ilə davranış modeli”nə dair təlim kursu keçirib.
Təlimlər qeyd edilən şəhərlərin polis idarələrində təşkil edilib. Təlimin hazırlıq işləri layihə rəhbəri Mehriban Zeynalova tərəfindən həyata keçirilib, təlimçi Ağamirzə Bağırov olub. Təlim zamanı müzakirə mövzuları insan alveri, məişət zorakılığı qurbanları ilə davranış, qanunvericilik aktları, zərərçəkmiş və cinayətkarın psixoloji portreti, viktimaloqiya, psixoloji amillər və sairlə bağlı olub. Mövcud stereotiplər, sığınacaqlar haqqında məlumat, acıq və qapalı tipli sualların verilmə üsulu, təhqiqat zamanı müşahidə edilən ayrı-ayrı ifadələrin işlədilməsi və ümumilikdə zərərçəkmişin öz hüquqlarını müdafiəsini reallaşdırmasına şərait yaradan qanuni vasitələrin tətbiqinə dair müzakirələr aparılıb.
Tədbirlər aşağıdakə polis şöbələrində baş tutub:
- Balakən RPŞ-də 01.06.2017 ci il tarixdə iştirakçıların sayı 63 nəfər (59 kişi 4 qadın);
- Zaqatala RPŞ-də 02.06.2017 ci il tarixdə iştirakçıların sayı 33 nəfər (33 kişi);
- Qəbələ RPŞ-də 05.06.2017 ci il tarixdə iştirakçıların sayı 58 nəfər (51 kişi 7 qadın);
- İsmayıllı RPŞ-də 06.06.2017 ci il tarixdə iştirakçıların sayı 47 nəfər (46 kişi 1 qadın).
Ümimilikdə rayonlar üzrə iştirakçıların sayı 158 nəfəri əhatə etmişdir.
Təlimdə Asan xidmət, İcra Hakimiyyəti, Uşaq və Ailələrə Dəstək Mərkəzi, KİV əməkdaşları, polis sahə müvəkkilləri və azyaşlılarla iş üzrə məsul olan polis əməkdaşları iştirak ediblər.
Təlimdə, Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə hazırlanmış bukletlər paylanılıb.
![]()
![]()
![]()
![]()






