İnsanlara hürriyət, millətlərə istiqlal!

QHT Şurasının Apelyasiya Komissiyası QHT-lərin müraciətlərini cavablandırıb

842 07.04.2017 00:09 Ölkə A A

Aprelin 6-da Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Apelyasiya Komissiyasının iclası keçirilib. Şura üzvü Sahib Məmmədovun sədrliyi ilə keçirilən iclasda 2017-cı il birinci maliyyə müsabiqəsinin nəticələri ilə razılaşmayan 27 QHT-nin müraciətinə baxılıb.

Qarşılıqlı anlaşma və müzakirə şəraitində keçən iclasda komissiyaya təqdim olunmuş hər bir layihə yenidən nəzərdən keçirilib və onların hazırlanmasında yol verilmiş nöqsanlar QHT rəhbərlərinin nəzərinə çatdırılıb.


Müzakirələrdən sonra ekspertlərin rəyi də nəzərə alınaraq Apelyasiya Komissiyasına müraciət edən 17 QHT-nin layihəsi ilə bağlı Şuranın qərarı məqbul hesab olunub. Komissiya Şuraya 9 QHT-nin layihəsinə yenidən baxılmasını tövsiyyə edib.

Qeyd edək ki, iclasda media qurumlarının nümayəndələri də iştirak edib.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR