İnsanlara hürriyət, millətlərə istiqlal!

QHT Şurasının Apelyasiya Komissiyası müraciətləri cavablandırdı

698 04.04.2018 20:26 Son xəbər A A

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Apelyasiya Komissiyasının iclası keçirilib.

Musavat.com xəbər verir ki, Şura üzvü Sahib Məmmədovun sədrliyi ilə keçirilən iclasda 2018-ci il birinci maliyyə müsabiqəsinin nəticələri ilə razılaşmayan 33 QHT-nin müraciətinə baxılıb. 5 QHT iclasda iştirak etməyib.


Geniş müzakirə şəraitində keçən iclasda komissiyaya təqdim olunmuş hər bir layihə yenidən nəzərdən keçirilib və onların hazırlanmasında yol verilmiş nöqsanlar QHT rəhbərlərinin diqqətinə çatdırılıb.


Müzakirələrdən sonra ekspertlərin rəyi də nəzərə alınaraq Apelyasiya Komissiyasına müraciət edən QHT-lərlə bağlı müvafiq qərarlar qəbul edilib.

Musavat.com

29745081_10155790604278645_8022060284050600690_o.jpg (176 KB)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR