İnsanlara hürriyət, millətlərə istiqlal!

QHT Şurası “Layihə təkliflərinin hazırlanması” mövzusunda təlim keçirib

1814 26.09.2018 16:30 Son xəbər A A

 

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası Bakı QHT-lərin Resurs və Təlim Mərkəzində “Layihə təkliflərinin hazırlanması” mövzusunda təlim keçirib.


Şura Katibliyinin icraçı direktoru Fərasət Qurbanov Şuranın 2018-ci il fəaliyyət proqramında QHT-lərə müxtəlif mövzularda təlimlərin keçirilməsinin nəzərdə tutulduğunu bildirib. F. Qurbanov deyib ki, QHT-lərin təlim ehtiyaclarının öyrənilməsi üçün keçirilən sorğuların nəticəsinə əsasən layihə təkliflərinin hazırlanması mövzusunda bugünkü təlim təşkil edilib.


İcraçı direktor Şuranın Əsanaməsinə uyğun olaraq həyata keçirdiyi fəaliyyətin əsas istiqamətləri, göstərdiyi xidmətlər barədə də danışıb. F. Qurbanov Şuranın QHT-lərə davamlı olaraq göstərdiyi konsultativ dəstəyin onların bilik və bacarıqlarının artırılması, dövlət dəstəyinin imkanlarından effektiv şəkildə yararlanmaqlarına yardım edilməsi məqsədi daşıdığını vurğulayıb.


Təlimçi, Bakı Dövlət Universitetinin müəllimi Tural Əhməd layihənin məqsəd və vəzifələrinin müəyyən edilməsi metodikası, icra planının düzgün tərtibi, büdcənin idarə olunması və digər layihə komponentlərini iştirakçılara nəzəri və praktiki cəhətdən izah edib.
Qeyd edək ki, Şura müraciətləri nəzərə alaraq adıçəkilən mövzuda növbəti təlimin keçirilməsiylə bağlı yeni elan verib. Təlimdə iştirak etmək istəyən QHT rəhbərləri 05 oktyabr 2018-ci il tarixədək nrahimli@cssn.gov.az ünvanına elektron qaydada müraciət edə bilərlər. Ərizədə iştirakçının adı və soyadı, təmsil olunduğu təşkilat, təşkilatda tutduğu vəzifə və əlaqə vasitələri göstərilməlidir.

Musavat.com

42586765_10156224183493645_8702565054161092608_o.jpg (249 KB)

42654687_10156224183898645_8446773075642417152_o.jpg (323 KB)

42554139_10156224184058645_5401005410050113536_o.jpg (342 KB)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR