Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Katibliyi beynəlxalq əlaqələr üzrə məsləhətçi vəzifəsinə işçi qəbulunu elan edir. Vakansiya üçün məqbul şərtlər aşağıdakılardır
1. Vəzifə funksiyaları
• Beynəlxalq əməkdaşlığa dair təhlillər aparır və arayışlar tərtib edir;
• Beynəlxalq təşkilatlarla görüşləri təşkil edir, görüşlərin gündəliyini və hesabatını hazırlayır,
• Beynəlxalq səviyyəli sənədlərin layihələrini hazırlayır;
• Beynəlxalq əməkdaşlığın həyata keçirilməsində iştirak edir;
• Şura rəhbərliyinin xarici səfərlərinin təşkilati-texniki məsələlərini həll edir;
• Rəhbərliyin beynəlxalq əlaqələr üzrə verdiyi digər tapşırıqları yerinə yetirir.
2. Vəzifənin tutulması şərtləri:
• Ali təhsili;
• Office proqramı üzrə bacarıqları;
• Məktubların hazırlanması və sənədlərin arxivləşdirilməsi bacarıqları;
• Təşkilati və yüksək ünsiyyət bacarıqları;
• Yuxarıda göstərilən vəzifə funksiyalarının icrası ilə bağlı bilik və bacarıqları olmalı;
• Azərbaycan, rus və ingilis dilini səlis bilməlidir(yazılı və şifahi).
3. Müraciət forması və ünvan:
Maraqlanan şəxslər ərizə və aşağıda qeyd olunan digər sənədlərlə 02 iyun 2017-ci il saat 17:00-dək c.aliyeva@cssn.gov.az elektron poçt ünvanına müraciət edə bilərlər:
- şəxsiyyəti təsdiq edən sənədin surəti;
- kadrlar uçotunun şəxsi vərəqəsi;
- ali təhsil haqqında sənədin surəti;
- rəngli fotoşəkil 2 ədəd (ölçüsü 4 x 6).






