İnsanlara hürriyət, millətlərə istiqlal!

QHT rəhbəri qadın hüquqlarının daha etibarlı müdafiəsini vacib sayır - FOTO

1174 07.07.2015 14:33 Ölkə A A
Cəmiyyəti qadınların əmək hüquqları barədə maarifləndirmək və bu hüquqların müdafiəsini gücləndirmək məqsədi ilə “Müasir cəmiyyət və qadın hüquqları”   İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Qadınların əmək hüquqlarının qorunması” layihəsini həyata keçirir.  

Layihə haqqında məlumat verən İctimai Birliyin sədri Xanım Əhmədzadə  bildirib ki, layihənin əsas hədəfi qadınların əmək hüquqlarının daha etibarlı müdafiəsidir: “Ölkəmizdə qadın hüquq və azadlıqlarının müdafiəsinin cəmiyyətdəki yeri və rolu həm xalqımızın öz mental ənənələrinə bəslədiyi hörmət, həm də dövlətimizin yeritdiyi siyasət sayəsində yüksək qiymətləndirilir. Qadınların digər hüquqları ilə yanaşı, əmək hüquqlarının da qorunması milli qanunvericilikdə, eyni zamanda Azərbaycanın tərəfdaş çıxdığı beynəlxalq konvensiyalarda geniş təsbit olunub. 

Lakin qadınların əmək hüquqlarının qorunması sahəsində güclü qanunverici bazanın, normativ hüquqi aktların mövcudluğuna baxmayaraq, bu sahədə hüququn pozulması faktları mövcuddur. İşə qəbul zamanı qanuna zidd sənədlərin tələb olunması, hamiləliyə, yaşa görə məhdudiyyətlər və müəyyən qadağalarla, ayrı-seçkiliklə qarşılaşan qadınlar bəzən qeyri-leqal olaraq dayə, ev xidmətçisi, satıcı, repetitor kimi işlərlə məşğul olmağa məcbur olurlar. Bu da onları müvafiq sosial müavinətlər və pensiya almaq imkanlarından məhrum edir. Əsas problemlərdən biri də insanların bu qanunlar haqqında təsəvvürünün, məlumatının az olmasıdır. 



Xüsusilə qeyd etməliyik ki, Azərbaycanın beynəlxalq aləmə inteqrasiyası prosesində çoxlu sayda yeni hüquqi münasibətlər yaranır, köhnə münasibətlər bu günün tələblərinə cavab vermir. Bu mənada, əhalinin hüquqi maarifləndirilməsi istiqamətində daha böyük işlər görülməlidir. Cəmiyyətdə qadınların əmək hüquqlarının müdafiəsi ilə bağlı problemlərin, narazılıqların, məhkəmə çəkişmələrinin mövcudluğu, bu istiqamətdə hüquqi maarifləndirmə işinə ehtiyac olduğunu söyləməyə ciddi zəmin yaradır.

İcra ediyimiz layihə çərçivəsində qadınların əmək münasibətləri ilə əlaqədar qarşılaşdıqları problemlərə kömək məqsədilə hüquqi maarifləndirmə tədbirləri keçirməklə yanaşı, iştirakçılara hüquqi yardım göstərilib, məsləhətlər verilib, sualları cavablandırılıb”.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR